Loading...
Loading...
ae

Gürcüstanda pulsuz paylanan dekoderlər Azərbaycanda niyə satılır?

Arif Əliyev: “Hakimiyyətdə təmsil olunanların bir çoxlarının pul haqqında təsəvvürləri, əhalinin düşüncələri ilə üst-üstə düşmür”

Artıq bir neçə gündür ki, Bakı şəhəri və Abşeron yarımadasında analoq televiziya yayımı dayandırılıb. Ölkədə rəqəmli yayımın tətbiqinə start verilib. Müasir, o cümlədən 2010-cu ildən etibarən istehsal olunan bütün televizorlar rəqəmli yayımlanan siqnalları heç bir əlavə qurğu olmadan qəbul edir. Rəqəmli yayımı qəbuletmə imkanı olmayan televizorlar üçün isə dekoderləri (“Set-Top-Box”) istifadə haqda təlimatla birgə poçt şöbələrindən əldə etmək mümkündür. Bu qurğuların qiyməti isə 22 manat civarındadır. Bir çox MDB ölkələrində, o cümlədən qonşu Gürcüstanda dekoderlər aztəminatlı ailələrə pulsuz verilsə də, Azərbaycanda bu nəzərə alınmayıb.

Bəs görəsən indiki dönəmdə rəqəmli yayıma keçid nə dərəcədə əhəmiyyətlidir?. Dekoderlərin kütləvi şəkildə ölkəyə gətirilməsini və satılmasını monpoliyanın göstəricisi hesab etmək mümkündürmü?

Bununla bağlı sualları “Yeni Nəsil” Jurnalistlər Birliyinin sədri Arif Əliyev cavablandırıb. Ekspert bildirib ki, rəqəmsal yayıma keçid indiki dövrdə mütləq və zəruri şərtdir: “Bu həm keyfiyyət məsələlərinə, həm də kanalların sayını artırmaq imkanlarına görə lazım idi. Azərbaycanda bir neçə il öncə rəqəmsal yayıma keçiləcəyi haqda xəbərlər yayılmışdı. Lakin yeni yayıma keçidin çətinliyi ondan ibarət idi ki, əhalinin aztəminatlı təbəqəsi yeniliyə uyğunlaşa bilməyəcəkdi. Bunun üçün texniki imkanlar mövcud deyildi. Bu məsələ bir neçə dəfə müzakirə olunmuş, hətta Azərbaycanda dekoderlərin istehsal edilməsi ilə bağlı təkliflər də səsləndirilmişdi. Belə olduğu halda istehsal edilən dekoderlərin əhalinin aztəminatlı ailələrinə pulsuz paylanılması mümkünləşəcəkdi. Lakin təəssüflər olsun ki, hökumət bu addımı atmadı. Əhalinin tələbatlarına növbəti dəfə qayğısız yanaşıldı və biganəlik nümayiş etdirildi”.

Arif Əliyevin sözlərinə görə, biz ən müxtəlif sahələrdə monopoliya təsirinin şahidi oluruq: “ Ölkəyə dekoderlərin gətirilməsi və kütləvi satışı da monopoliyanın tərkib hissəsi kimi qiymətləndirilə bilər. Bununla yanaşı hakimiyyətdə təmsil olunanların bir çoxlarının pul haqqında təsəvvürləri, əhalinin düşüncələri ilə üst-üstə düşmür. Yəni mümkündür ki, hökumətdə təmsil olunan şəxslər 20-22 manat civarında olan dekoderlərin əhalinin cibinə uyğunluğunu düşünərək, belə addımı atıblar”. (İslaminSesi)

24saat.org

“Azərbaycan Suriyaya qoşun göndərə bilər”

Sonrakı Yazı »

Neftçiləri kim ölümlə üz-üzə qoyub?

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Loading...
%d bloqqer bunu bəyənir: