Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Gürcüstanda iki yeni nazir təyin olundu

Gürcüstan hökumətinə iki yeni nazir təyin edilib.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, Gürcüstanın baş naziri Giorgi Kvirikaşvili Gürcüstanın kənd təsərrüfatı naziri vəzifəsinə Levan Davitaşvilini, energetika naziri vəzifəsinə isə İlya Eloşvilini təyin edib.

Məlumata görə, baş nazirin keçmiş müavini, energetika naziri Kaxa Kaladze və keçmiş kənd təsərrüfatı naziri Otar Danelia parlament seçkilərində iştirak etdiklərinə görə qanunla vəzifələrindən istefa veriblər.

Gürcüstan hökumətinin başçısı yeni təyin etdiyi nazirlər barədə müsbət fikir bildirib: “İlya və Levan özlərinin şəxsi keyfiyyətləri ilə fərqlənirlər. Mən fəxr edirəm ki, belə peşəkarları iki vacib posta təqdim edirəm. Onlara uğurlar arzulayıram. Həmçinin seçki prosesinə qoşulan nazirlərə də təşəkkürümü bildirirəm. Onların vacib tapşırıqları var və mən ümidvaram ki, onlar bu tapşırıqların öhdəsindən gələcəklər,” Kvirikaşvili bildirib.

Qeyd edək ki, Kaxa Kaladze hökumət işinə 2012-ci il parlament seçkilərində “Gürcü Arzusu”nun qələbəsindən sonra başlayıb. O, partiya siyahısında birinci olub. Otar Danelia isə kənd təsərrüfatı naziri vəzifəsinə 2014-cü ildə təyin olunub.

24saat.org
Loading...

YAP büdəcəyə 720 milyon manat bağışlaya bilər – niyə etmir?

Sonrakı Yazı »

Türkiyənin Suriyada tankları vuruldu — 3 ölü, 1 yaralı

%d bloqqer bunu bəyənir: