Loading...

Gürcüstana səfər edən azərbaycanlıların sayı 20%-ə yaxın artıb

Bu ilin ilk yarısında Gürcüstana səfər edənlərin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 12,9% artaraq 2 636 313 nəfər təşkil edib.

Loading...

“Georgia Online” agentliyi xəbər verir ki, bu barədə Gürcüstanın Milli Turizm Administrasiyasının rəhbəri Georgi Çoqovadze bildirib.

Hesabat dövründə turist qismində ölkəyə səfər edənlərin sayı 18,1% artaraq 1 011 680-ə çatıb.

Onun sözlərinə görə, yanvar-iyun aylarında Gürcüstana ən çox Azərbaycandan səfər olunub (+18,1%). İkinci yerdə Türkiyə (+4%), üçüncü yerdə Ermənistan (+1,4%), dördüncü yerdə Rusiya (+15,6%), beşinci yerdə isə Ukrayna (+26,3%) qərarlaşıb. Yeri gəlmişkən, Azərbaycan bu sahədə ilin əvvəlindən liderliyi əldən vermir. (APA)

Loading...

Rusiyanın ən titullu “vor zakon”u və onun azərbaycanlı cangüdəni həbs edildi -FOTO

Sonrakı Yazı »

V ixtisas qrupu üzrə qəbul imtahanı keçirilir

%d bloqqer bunu bəyənir: