Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Gürcüstana gedənlərin sayı artır

Gürcüstana səfər edən turistlərin sayına görə, ilk yerdə Azərbaycan qərarlaşıb. Bu ilin beş ayı ərzində Azərbaycandan Gürcüstana 570 min 825 nəfər gedib.

Bunu Gürcüstanın Milli Turizm Administrasiyasının rəhbəri Georgi Çoqovadze deyib.

APA-nın xəbərinə görə, Gürcüstana Azərbaycandan gedənlərin sayında artım müşahidə olunur. Georgi Çoqovadze deyib ki, 5 aydakı artım 22 faizdən çoxdur.

“Azərbaycandan sonra Türkiyə gəlir. Türkiyədən Gürcüstana səfər edənlərin sayı 524 min 71 nəfər olub. Üçüncü yerdə Ermənistandandır. Oradan 445 min 343 nəfər səfər edib. Dördüncü və beşinci yeri Rusiya və Ukrayna tutur”, – deyə G. Çoqovadze bildirib.

Onun sözlərinə görə, Avropa Birliyinə üzv olan ölkələrdən Gürcüstana daha çox Latviya, İtaliya, Polşa, Fransadan səfər edirlər.

Gürcüstan turizm gəlirlərini artıran ölkələr sırasındadır. Bu ölkədə 2015-ci ildə turizm sektorundan 1,94 milyard dollar gəlir əldə edilib.

Azərbaycandan Gürcüstana səfər edən insanlar bunu orada qiymətlərin daha münasib olması ilə izah edirlər.

24saat.org
Loading...

Tarif Şurasının yalanını İFŞA ETDİK – Azərbaycan Qazı Pulsuz Alır – FAKT

Sonrakı Yazı »

246 saylı bağçada diplomsuz müdirənin “AYAQYOLU ƏMƏLİYYATI”

%d bloqqer bunu bəyənir: