Loading...
Loading...

Gürcustan parlamentinə seçkilər oktyabrın 8-də keçiriləcək

Gürcüstan prezidenti Qeorqi Marqvelaşvili bugünkü sərəncamı ilə ölkədə parlament seçkilərini oktyabrın 8-ə təyin edib. “Gürcüstan-onlayn” xəbər verir ki, bu barədə dövlət başçısının mətbuat katibi Eka Mişveladze bildirib.

Onun sözlərinə görə, Gürcüstan prezidentinin imzaladığı sərəncam artıq baş nazir Qeorqi Kvirikaşvili göndərilib. Ölkədə seçkiqabağı kampaniyaya iyunun 8-dən start veriləcək.

Qeyd edək ki, 2010-cu ildə Konstitusiyaya edilən dəyişiklərə əsasən parlament seçkilərində qalib gələn partiya və yaxud siyasi birlik yeni baş nazirin namizədliyini irəli sürmək, eləcə də hökuməti formalaşdırmaq hüququna malik olacaq.

24saat.org

“Azərbaycan Suriyaya qoşun göndərə bilər”

Sonrakı Yazı »

Ermənistan hava məkanını Rusiyaya təslim etdi

Loading...
%d bloqqer bunu bəyənir: