Now Reading:
Gürcü futbol azarkeşləri erməniləri döyüblər
Full Article 40 second read

Gürcü futbol azarkeşləri erməniləri döyüblər



Dünən Gürcüstanın Qori şəhərində yerli «Dila» komandası futbol üzrə Avropa liqasının birinci təsnifat mərhələsində Ermənistanın «Şirak» klubuna 1:0 hesabı ilə qalib gəlib.

Virtualaz.org «Ermənistan xəbərləri» portalına istinadən bildirir ki, oyundan sonra əsasən məktəb yaşlı onlarla gürcüstanlı azarkeş erməni fanatları daşıyan mikroavtobuslara hücum ediblər.

Məlumata görə, münaqişə hələ oyundan əvvəl stadionun yaxınlığında yerləşən kafedə başlayıbmış. Söz davasından sonra ara sakitləşib. Oyundan sonra isə erməniləri aparan mikroavtobuslar daşa basılıb. Erməni azarkeşlər avtobusları tərk ediblər və kütləvi dava başlayıb. Polis hadisə yerinə gəldikdən sonra hücum edən tərəf oranı tərk edib. Bir neçə erməni azarkeş izahat alınmaq üçün polis məntəqəsinə aparılıb.

Hücum edən tərəfdən bir nəfər saxlanılıb.

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: