Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Günün qoroskopu: Maneələr sizi qorxutmasın

Qoç –  xeyli müxtəlif xarakterli işlər ortaya çıxacaq. Hər bir işə özünüzü çatdırmalı olacaqsınız. Amma baş verənlər sizi yormaqdan daha çox, sevindirir. Özünüzün lazımlılığınızı hiss edirsiniz, bu səbəbdən yolunuza çıxan maneələr sizi qorxutmur.

Buğa – başqalarının öhdəsindən gələ bilmədikləri yükün altına girir və hamının təəccübünə rəğmən, əla nailiyyətlər qazanırsınız. Gün maraqlı, şən və dopdolu keçir. Deməli, gərginlik də çoxdur. Özünüzə azacıq istirahət verin, güc toplayın.

Əkizlər – yaman diqqətsizsiniz. Bir neçə işlə eyni zamanda məşğul olmayın. Bir işi qoyub, o birinə diqqəti cəlb etmək çox çətin olacaq. Sizə dəqiq plan və etibarlı köməkçi gərəkdir – o zaman heç nə ideyalarınızın yerinə yetirilməsinə mane ola bilməz. Maliyyə vəziyyətinizin yaxşılaşması mümkündür, sərfəli sövdələr qura bilərsiniz.

Xərçəng – günün emosional fonu yaxşıdır, yeni tanışlarla asan dil tapırsınız. Əzizlərinizlə də münasibətləriniz əladır. Sevdiyiniz şəxslə açıq danışmağın tam zamanıdır – bir çox problemləri asanlıqla həll edə bilərsiniz.

Şir – sonralar bu günün hadisələrindən böyük məmnunluq və qürurla danışacaqsınız. Doğrudan da, indi ən mürəkkəb situasiyalarda özünüzü çox layiqli və ağıllı aparır, ətrafdakıların təqdirini və hörmətini qazanırsınız. Əlbəttə, qeyd-şərtsiz uğurlarınız bədxahlarınızı qıcıqlandıra bilər, amma narahat olmağa dəyməz: heç kimin düşmənçiliyi sizə zərər yetirməyəcək.

Qız – həyatda yeni başlanğıclar, dəyişikliklər üçün əla gündür. Son aylarda addım-addım irəlilətdiyiniz vacib qərarı nəhayət açıqlaya bilərsiniz.  Sakit və kifayət qədər uğurlu gündür. Bu gün tələb olunan – daxili ritmə riayət etmək, imkan daxilində kənardan olan təzyiqlərdən qaçmaqdır.

Tərəzi – intuisiya çox güclüdür, məhz o, bütün sahələrdə rahat şəraitin necə yaradılmasına dair ipucları verəcək. Yaradıcı potensial bir qədər zəifdir, yaxşı ideyaların kasadlığı çox gözəl bir layihə üzərində işi ləngidə bilər. Amma bu elə də qorxulu deyil, tezliklə vəziyyət düzələcək.

Əqrəb – gün xoş ünsiyyətlər və maraqlı görüşlərlə yadda qalacaq. Fikir və planları çəkinmədən bölüşə biləcəyiniz insanları tapmaq asandır. İş üçün, xüsusilə də entuziazm və səy tələb edən iş üçün elə də münasib gün deyil.

Oxatan – işgüzarlığınız sıfır həddindədir, hərdən nəinki iş görməyə, hətta düşünməyə də tənbəllik edirsiniz. Amma cari işlərin öhdəsindən asanlıqla gəlirsiniz – sadəcə, vərdiş hesabına. Fikriniz isə başqa yerdədir.

Oğlaq – ünsiyyət zamanı bəzi çətinliklər, əzizlərinizlə fikir ayrılıqları mümkündür. Sizə adəti üzrə olduğundan daha çox sərbəstlik vıə müstəqillik gərəkdir, ətrafınızdakılar isə bunu başa düşmək istəmirlər. Sizin yarınız diqqətsizlikdən narazı olacaq, amma xoşbəxtlikdən, bu, uzun sürməyəcək.

Dolça – hansısa ziyafətdə iştiraka, yaxud dostlarınızın qonaqlığa dəvətinə etiraz etməyin. Tanışlıq və ya romantik münasibətlər üçün çox xoş gündür. Nikahda olanlar ümumi bir işlə başlarını qatacaq, bütün fikir ayrılıqları və inciklikləri unudacaqlar.

Balıqlar – gün çox uğurludur. Bu yaxınlarda başladığınız işləri sona yetirəcək, bir çox suallarınıza cavab tapa biləcəksiniz. Enerjiniz çoxdur, işgüzarsınız, bir-birinin ardınca “kəşflər” edirsiniz – karyera pillələri ilə yuxarı qalxmaq istəyənlər üçün əla keyfiyyətlərdir. Tamamilə yeni bir sahədə qüvvənizi sınaya bilərsiniz, çox uğurlu alınacaq.

Milli.Az

 

24saat.org
Loading...

Deputatdan əcayib təklif: Suyun qiyməti qaldırılsın

Sonrakı Yazı »

Həkimlər xəbərdarlıq edir: isti havada böyrəklərinizi qoruyun!

%d bloqqer bunu bəyənir: