Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Gündəmi zəbt edənlər -Röya liderliyi ələ keçirdi…

Azərbaycanın bütün mediasınının monitorinqini aparan Media Təqib Mərkəzi 2016-cı ilin iyun ayı üzrə analiz işini yekunlaşdırıb.

Xatırladaq ki, Media Təqib Mərkəzi ölkədə mövcud olan bütün sahələrin analizini aparır. Monitorinq sahəsinə ölkədə dərc olunan 100-ə qədər qəzet və jurnal (o cümlədən, 35 gündəlik qəzet), elektron vasitələrdə yayımlanan 1400 sayt (o cümlədən, 450 gündəlik yenilənən sayt), 12 televiziya  kanalı, 12 radio kanal və sosial şəbəkələr daxildirlər.
Media Təqib Mərkəzi şou-biznes nümayəndələri ilə bağlı ölkədə iyun ayı üzrə məlumatları təqdim edir.
2016-cı ilin iyun ayında elektron mətbuatda, yəni sayt və portallarda şou-biznes nümayəndələri ilə əlaqəli 11691 xəbər yerləşdirilib. Bunlardan 109 xəbər mənfi, 28 xəbər müsbət və 11554 xəbər isə neytraldır. Mənfi xəbərlər arasında liderlər: Teymur Əmrah (48 xəbər – Flora Kərimovanın müğənni haqqında fikirləri), İlhamə Quliyeva (17 xəbər – Flora Kərimovanın müğənni haqqında sərt sözləri), Xatirə İslam (14 xəbər – sosial media istifadəçilərinin müğənnini təhqir etmələri). Müsbət xəbərlər isə Nadir Qafarzadə (12 xəbər –  mükafatla təltif olunması), Səidə Sultan (8 xəbər –  Gürcüstanda mükafata layiq görülməsi) və Elnur Məmmədova (8 xəbər –  Gürcüstanda mükafata layiq görülməsi) məxsusdur.
Elektron mətbuatda xəbər sayına görə sıralama:
1. Röya Ayxan 580 xəbər
2. İlhamə Quliyeva 562 xəbər
3. Aygün Kazımova 532 xəbər
4. Rəqsanə İsmayilova 491 xəbər
5. Elza Seyidcahan 473 xəbər
6. Nadir Qafarzadə 311 xəbər
7. Əli Mirəliyev 290 xəbər
8. Gülyanaq Məmmmədova 282 xəbər
9. Tünzalə Ağayeva 275 xəbər
10.Tarix Əliyev (Tolik) 264 xəbər11.
Yazılı mətbuatda (qəzet və jurnallarda) bu sektorla əlaqəli 342 xəbər dərc edilib. Bu xəbərlərdən 340-ı neytral, 2-si isə mənfi xəbərlərdir. Mənfi xəbərlər Teymur Əmrah (1 xəbər – Flora Kərimovanın müğənni haqqında fikirləri) və İlhamə Quliyevaya (1 xəbər – Flora Kərimovanın müğənni haqqında sərt sözləri) məxsusdur. İyun ayında bu sektorla əlaqəli yazılı mətbuatda müsbət xəbər dərc olunmayıb.
Yazılı mətbuatda xəbər sayına görə sıralama:
1. İlhamə Quliyeva 22 xəbər
2. Aygün Kazımova 19 xəbər
3. Alim Qasımov 14 xəbər
4. Röya Ayxan 12 xəbər
5. Elza Seyidcahan 12 xəbər
6. Əli Mirəliyev 12 xəbər
7. Flora Kərimova 11 xəbər
8. Brilliant Dadaşova 8 xəbər
9. Tünzalə Ağayeva 8 xəbər
10. Zülfiyyə Xanbabayeva 8 xəbər
İyun ayında televiziya kanallarında şou-biznes nümayəndələri haqqında 194 xəbər göstərilib.
 
TV-də xəbər sayına görə sıralama: 
1. Tünzalə Ağayeva 16 xəbər
2. Səməd Səmədov 14 xəbər
3. Nadir Qafarzadə 9 xəbər
4. Roza Zərgərli 7 xəbər
5. Elza Seyidcahan 7 xəbər
6. Baloğlan Əşrəfov 6 xəbər
7. Gülyanaq Məmmmədova 6 xəbər
8. Vasif Məhərrəmli 6 xəbər
9. Almaz Ələsgərli 5 xəbər
10. Brilliant Dadaşova 5 xəbər

24saat.org
Loading...

“Rüşvət alan hər kəs bu xalqın və dövlətin düşmənidir”

Sonrakı Yazı »

Hamilə Gülşən hər yerini çöldə qoydu – FOTOLAR

%d bloqqer bunu bəyənir: