Günay keçmiş ərini məhkəməyə verdi | 24 saat

Günay keçmiş ərini məhkəməyə verdi

Türkiyədə yaşayan azərbaycanlı model Günay Musayeva keçmiş əri, aktyor Tolqa Kareli məhkəməyə verib.


24saat.org  xarici KİV-ə istinadən xəbərinə görə, buna səbəb Tolqanın oğlu Cahangir üçün ödədiyi 500 lirə (təxminən 263 manat) alimentin azlığıdır.

G.Musayeva pulun az olduğunu və artırılmasını tələb edir.

Tolqanın yeni həyat yoldaşına bahalı üzük aldığını deyən model maddi vəziyyətinin yaxşı olmadığını etiraf edib:

“Tolqanın maddi vəziyyəti yaxşıdır. Əcnəbi bir firmayla müqabilə imzalayıb. Buna görə də təzminat artırılsın”.

Qeyd edək ki, Günay və Tolqa 2011-ci ildə evlənib, ötən il boşanıblar. Cütlüyün bu evlilikdən dünyaya gələn oğlu Cahangirin 4 yaşı var.

Şollar su kəmərinin təhlükəsizliyi şübhə altında – BAKI TƏHLÜKƏ QARŞISINDA

Sonrakı Yazı »

Sibel Canın qızı bu dəfə qaydaları pozdu – foto

%d bloqqer bunu bəyənir: