Gün ərzində dənizdə batan 7 nəfər xilas olunub

Bakının Xəzər rayonunda 4 nəfər dənizdə çimərkən batmaq təhlükəsi ilə üzləşib.

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, Nazirliyin Dövlət Sularda Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq vətəndaşları sudan çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.

Bakının Sabunçu rayonunda isə 1 nəfər dənizdə çimərkən batmaq təhlükəsi ilə üzləşib. Nazirliyin Dövlət Sularda Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq vətəndaşı sudan çıxarıblar.

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakının Xəzər rayonunda da 2 nəfərin dənizdə çimərkən batmaq təhlükəsi ilə üzləşməsi barədə məlumat daxil olub. Nazirliyin Dövlət Sularda Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq vətəndaşları sudan çıxarıblar.

15 nəfəri öldürən penoplast deputatın “Kristal Abşeron”una üzlənib – Şikayət

Sonrakı Yazı »

Bakının mərkəzində geyim mağazası yandı

%d bloqqer bunu bəyənir: