Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Güləşçimiz dünya çempionu oldu – Video

Fransanın Makon şəhərində güləş üzrə gənclər arasında dünya çempionatı davam edir.

Azərbaycan Güləş Federasiyasından verilən məlumata görə, ikinci yarış günündə 55, 66, 84 və 120 kq çəki dərəcələrində yunan-roma güləşçiləri mübarizə aparıb. Güləşçilərimiz günü 1 qızıl və 1 bürünc medalla başa vurub.
66 kq çəki dərəcəsində mübarizə aparan İslambek Dadov ardıcıl olaraq Türkmənistan, Rumıniya, Qırğızıstan təmsilsilçilərini məğlub edib. Yarımfinalda Qazaxstandan olan rəqibinə uduzan güləşçimiz bürünc medal uğrunda görüşə haqq qazanıb. Həlledici görüşdə İslambek Ermənistan təmsilçisini məğlub edərək dünya çempionatının bürünc medalına sahib olub.
84 kq çəkidə yarışan İslam Abbasov ardıcıl olaraq Avstriya, İran və Rusiyadan olan rəqiblərini mübarizədən kənarlaşdıraraq finala yüksəlib. Finalda rəqib Türkiyə təmsilçisi Ali Cengiz olub. Gərgin keçən görüşü qələbə ilə başa vuran İslam Abbasov dünya çempionatının qızıl medalını qazanıb.

24saat.org
Loading...

Tanınmış blogger Mehman Hüseynov yeni statusu ilə yenə məmurlara meydan oxudu

Sonrakı Yazı »

Radik İsaevə Azərbaycan prezidentinin xüsusi olimpiya təqaüdü verildi – PREZİDENT SƏRƏNCAMI

%d bloqqer bunu bəyənir: