Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Güləşçimiz Avropa çempionu oldu

Rəsul Çunayev Avropa çempionatı olub. ANS PRESS-in məlumatına görı, 66 kq çəkidə mübarizə aparan Rəsul Çunayev yarışa 1/16 final mərhələsindən başlayıb. İlk görüşdə Xorvatiyalı Dominik Etlingeri 19 saniyədə tam üstünlüklə məğlub edən pəhləvanımız ardınca Belarusdan Pavel Liax və Polşadan David Kareçinski ilə gərgin keçən qarşılaşmalardan da qalib ayrılıb. Yarımfinalda Fransa təmsilçisi erməni əsilli Artak Marqaryan üzərində 68 saniyə ərzində qələbə qazanan Rəsul Çunayev finala yüksəlib və Rio Olimpiadasına vəsiqəni təmin edib. Bu güləşçilərimizin Rio-de Janeyro Olimpiya Oyunlarına qazandığı 14-cü vəsiqədir.

Final görüşündə güləşçimizin rəqibi Qırğızıstandan Asiya çempionu Ruslan Tsarev olub. 6:0 hesablı qələbə qazanan Rəsul Çunayev təsnifat turnirinin qızıl medalına yiyələnib.

66 kq 
1/16 final – Dominik Etlinger (CRO) – Rəsul Çunayev 0:4 tuşe (19 saniyə)
1/8 final – Rəsul Çunayev – Pavel Liax (BLR) 9:7
1/4 final – David Kareçinski (POL) – Rəsul Çunayev 1:6
1/2 final – Rəsul Çunayev – Artak Marqaryan (FRA) 8:0 (68 saniyə)
FİNAL – Ruslan Tsarev (KGZ) – Rəsul Çunayev 0:6

98 kq
1/8 final – Daniel Gastl (AUT) – Şalva Qadabadze 0:2
1/4 final – Şalva Qadabadze – Feliks Baldauf (NOR) (B xalçası)

2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarına vəsiqə verən II Dünya təsnifat turniri Türkiyənin İstanbul şəhərində keçirilir.

Yarışlarda finala yüksələn hər bir güləşçi həm də Olimpiadaya vəsiqəni təmin edir. İlk yarış günündə yunan-Roma güləşçiləri mübarizə aparıb.

Güləş yığmalarımız bu günədək Rio-de Janeyro Olimpiya Oyunlarına 13 vəsiqə qazanıb. Sərbəst güləşçilərimiz Olimpiya Oyunlarına tam heyətlə qatılacaq, komandamız 6 mümkün vəsiqənin hamısını əldə edib. Yunan-Roma güləşçilərimiz 4, qadın güləşçilərimiz isə 3 çəki dərəcəsində vəsiqəyə sahibdir.

24saat.org
Loading...

Deputatdan əcayib təklif: Suyun qiyməti qaldırılsın

Sonrakı Yazı »

Azərbaycan çempionatında biabırçılıq – Meydana çıxmadılar

%d bloqqer bunu bəyənir: