Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Güləşçilərimiz erməniləri məğlub etdi – VİDEO

İsveçin paytaxtı Stokholmda yeniyetmə güləşçilər arasında Avropa çempionatı start götürüb.

Lent.az-ın Federasiyanın saytına istinadən verdiyi xəbərə görə, bu çempionatı digərlərindən fərqləndirən ən önəmli məqam odur ki, bu ildən etibarən yeniyetmə güləşçilərin qitə çempionatlarında hər bir ölkə hər bir çəki dərəcəsində 2 idmançı ilə təmsil oluna bilər. Bu qərar ötən ilin dekabrında Dünya Güləş Birliyi İcraiyyə Komitəsinin Soçidə keçirilən toplantısında qəbul edilib.
İlk yarış günündə 42, 50, 58, 69 və 85 kq çəki dərəcələrində sərbəst güləşçilər arasında qaliblər müəyyənləşir.
42 kq çəki dərəcəsində mübarizə aparan hər iki güləşçimiz finala yüksəlib. Mahir Məmmədzadə Ermənistan, Moldova və Rusiyadan olan rəqiblərini tam üstünlüklə məğlub edib. Finala qədər rəqiblərindən 32 xal qazanan güləşçimiz heç bir rəqibinə xal verməyib. Maqomedsalix Abakarov isə Belarus, Gürcüstandan iki və Türkiyədən olan rəqiblərini üstələyib finala vəsiqə qazanıb.
50 kq çəki dərəcəsində mübarizə aparan İntiqam Vəlizadə və Vüsal Hüseynov yarımfinala qədər inamla güləşib. İntiqam Gürcüstan və Rusiyadan olan rəqiblərinə qalib gəlsə də yarımfinalda digər Rusiya təmsilçisinə uduzub. Vüsal isə Yunanıstan və Gürcüstandan olan rəqiblərini üstələyib. Ancaq yarımfinalda Türkiyə təmsilçisinə məğlub olub. Hər iki güləşçimiz bürünc medal uğrunda görüşə çıxacaq.
58 kq çəkidə yarışan təmsilçimiz Daur Psardia Bolqarıstan və Ukraynadan olan rəqiblərini üstələsə də 1/4 finalda məğlub olub. Rəqibin finala yüksəlməsi isə təsəlliverici görüşə qatılan Daur Macarıstan təmsilçisini mübarizədən kənarlaşdırıb və bürünc medal uğrunda görüşə haqq qazanıb. Həlledici görüşdə təmsilçimizin rəqibi Türkiyə idmançısı olacaq.
69 kq çəki dərəcəsində mübarizə aparan güləşçilərimizdən Abubakr Abakarov ardıcıl olaraq Estoniya, Ukrayna və Ermənistandan olan rəqiblərini üstələyib. Yarımfinalda Rusiya təmsilçisinə uduzan güləşçimiz bürünc medal uğrunda görüşə haqq qazanıb. Abdulmuslim Məmmədov isə Moldova və Türkiyədən olan rəqiblərini üstələyib, 1/4 finalda Rusiya təmsilçisinə uduzub. İtaliya idmançısı ilə təsəlliverici görüşdən qalib ayrılan Abdulmuslim Məmmədov bürünc medal uğrunda görüşə haqq qazanıb. Bürünc medal görüşündə güləşçilərimiz bir-birilə qarşılaşacaq.
Final görüşləri Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

24saat.org
Loading...

YAP büdəcəyə 720 milyon manat bağışlaya bilər – niyə etmir?

Sonrakı Yazı »

“Qarabağ” – “Düdelanj“ – CANLI YAYIM

%d bloqqer bunu bəyənir: