Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Gülər Əhmədovanın “xəstəyəm” bəhanəsi işə yaradı

Məhkəmə G.Əhmədovanın üç ay müddətinə Azərbaycandan çıxmasına razılıq verib

Bu gün Bakı Apellyasiya Məhkəməsində keçmiş deputat Gülər Əhmədovanın Azərbaycanın hüdudlarından kənara çıxmasına qoyulmuş məhdudiyyətin götürülməsi barədə vəsatətin təmin edilməməsinə dair qərardan verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.

“Report”un məlumatına görə, hakim Həsən Əhmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, keçmiş deputatın şikayəti qismən təmin olunub və birinci instansiya məhkəməsinin çıxardığı qərar ləğv edilib. Məhkəmə G.Əhmədovanın üç ay müddətinə Azərbaycandan çıxmasına razılıq verib.

G.Əhmədova cərrahiyə əməliyyatı keçirməsi üçün ölkə hüdudlarından kənara çıxmasına qoyulmuş məhdudiyyətin götürülməsi barədə məhkəməyə vəsatət verib. Bu ilin aprelin 28-də Yasamal Rayon Məhkəməsi ərizəni təmin etməyib. Qərardan narazı qalan G.Əhmədovanın müdafiəçisi Adəm Məmmədov apellyasiya şikayəti verib. G.Əhmədova 8 aylıq ölkədən çıxmasına icazə verilməsini istəmişdi. O, Almaniyada əməliyyat olunmaq istəyir.

Fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru Elşad Abdullayevin yaydığı videodan sonra G.Əhmədova deputat mandatından imtina edib. Onun barəsində həbs qətimkan tədbiri seçilib. G.Əhmədova Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) və 307.2-ci (cinayət barəsində xəbər verməmə və ya qabaqcadan vəd etmədən cinayəti gizlətmə, qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmə) maddələri ilə ittiham olunub. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə G.Əhmədova 3 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan keçmiş deputat apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə G.Əhmədovaya 3 il sınaq müddəti təyin olunmaqla şərti cəza verilib və o, azadlığa buraxılıb. Bundan əvvəl G.Əhmədova şərti məhkum etmə cəzasının ləğv olunması və məhkumluğunun götürülməsinə dair Yasamal Rayon Məhkəməsinə müraciət edib. Məhkəmə onun şikayətini təmin etməyib. Qərardan narazı qalan G.Əhmədova apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsi G.Əhmədovanın iddiası təmin etməyib və Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü qüvvədə saxlanılıb.

meydan.tv

24saat.org
Loading...

Deputatdan əcayib təklif: Suyun qiyməti qaldırılsın

Sonrakı Yazı »

İlham Əliyev məmurların torpaqları zəbt etməsindən danışıb

%d bloqqer bunu bəyənir: