Loading...
Loading...

Gülər Əhmədovanın bu şeiri hamını təəccübləndirdi – CIRIQ ŞALVARINI…

Həbsxanadan çıxdıqdan sonra sanki qeybə çəkilən “QAYNANA” ləqəbli Gülər Əhmədova sosial şəbəkələrdə yeni şeirini yayıb. Maraqlı üslub və jarqonlarla zəngin şeirdə onu unudan bir nəfərə sitəm olunduğu aydın sezilir.
24saat.org xəbər verir ki, sabiq deputata yaxın şəxslərdən biri bu şeirin Əhməd adlı bir gəncə həsr olunduğunu bildirib…

24saat.org saytı sabiq deputatın yayımladığı həmin şeiri təqdim edir:
Mən sənin əlindən tutmuşam, bala
Qarnını doyurub, əyin-baş alıb
Özümü hər dəfə vermişəm yola
Niyə unutmusan haqqımı, bala?
Mən sənin dərdini çəkmişəm hər gün,
Fələklə vuruşub, tale almışam.
Mənə göndərilən hər hədiyyəni
Sənə pay etmişəm, varlı olmusan.
Niyə unutmusan haqqımı, bala?
Mən səni doğmadan ana olmuşam,
Gör neçə qapıda, neçə ünvanda
Adını çəkmişəm, dayı olmuşam.
Mənimçün ayrılan payı yeməyib
Sənin boğazına tökmüşəm, bala.
Niyə unutmusan haqqımı, bala?
Mən səni çəkmişəm bir gəmi kimi
Mənim yelkənimlə düşmüsən yola.
Bütün küləklərə sipər olmuşam.
Niyə unutmusan haqqımı, bala?
Arxalı olmusan, evli olmusan,
Oğullu-uşaqlı, “naqlıy” olmusan,
Arada qudurub quduz it kimi.
Niyə unutmusan haqqımı, bala?
Pula baş əymisən qibləgah seçib
Dünənin yadından tez çıxıb hələ.
Allahı zopasız görmüsən yəqin.
Niyə unutmusan haqqımı, bala?
Bu ellər, obalar tanıyır səni,
Cırıq şalvarını, yoxsul daxmanı,
Kasıb dədəni də salarlar yada.
Niyə unutmusan haqqımı, bala?
24saat.org

24saat.org
Loading...

“Rüşvət alan hər kəs bu xalqın və dövlətin düşmənidir”

Sonrakı Yazı »

Ukraynada istehsal olunan siqaretlərin üzərində RUSİYA QADAĞASI – FOTO (+18)

%d bloqqer bunu bəyənir: