Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Gülər Əhmədova psixoloji mərkəz açacaq

Vəkil Adəm Məmmədov yeni yaradacağı ictimai qurumun anonsunu verib. O, bu haqda sosial şəbəkədəki statusunda yazıb.

Musavat.com bildirir ki, vəkil statusunda bu layihə çərçivəsində kiminlə çalışacağını da açıqlayıb. A.Məmmədovun yazdıqlarını nəzərinizə çatdırırıq: “İnsanlar yaşadıqları həyatı qiymətləndirib, dəyərləndirə bilirlərsə, biz də belə insanlara hörmət edib dəyər verməliyik.

Bir müddətdir ki, artıq siyasi həyatdan uzaqlaşmış, ictimaiyyətin kifayət qədər tanınan, yazılmış bir yana, yazılmamış qanunlara belə münasibətdə xarakter nümayiş etdirmiş Gülər xanım Əhmədova ilə tanışlıq və işçi görüşlərin nəticəsi olaraq (Pisxoloji-hüquqi yardım) bir araya gəlib, ciddi bir ictimai qurum yaratmağı nəzərdə tuturuq. Düşünürəm ki, Gülər xanımın təcrübəsi və xarakteri, təhsili (Pisxologiya üzrə elmlər namizədi) bu lahiyənin effektli işləməsi üçün vacib şərtdir.

Edilən hərəkət və hərəkətsizliyə fərqli prizmadan müxtəlif münasibətlər ola bilər. Ən əsası odur ki, çətin zamanlarda belə insan xarakterini və mövqeyini ortaya qoya bilib, yeri gələndə susmağı bacarsın…

Son dövrdə mətbuat səhifələrində Gülər xanım Əhmədovaya qarşı kampaniya şəklində bəzi xoşagəlməz, təhdid xarakterli yazılarla rastlaşıram ki, bunu yaxşı hal hesab etmirəm. Məsələnin detallarına toxunmadan həmin yazarların nəzərinə bircə faktı çatdırmaq istəyirəm ki, həyatlarında oxşar duruma düşsəydilər, dostları və düşmənləri qarşısında bu qədər mərdi-mərdanə, dik dura bilərdilərmi???”.

Sayt G.Əhmədovadan A.Məmmədovun yazdığı anonsla bağlı fikirlərini öyrənməyə çalışsa da, buna nail ola bilməyib.

24saat.org
Loading...

“Məmurlardan öncə millət vəkillərinin özlərini ixtisara salmaq lazımdır”

Sonrakı Yazı »

Sabah Bakıda 28 dərəcə isti olacaq

%d bloqqer bunu bəyənir: