Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Gülənin məktəbləri bu ölkədə də bağlandı

15 iyulda Türkiyədə çevriliş cəhdindən sonra Somali hökuməti fövqəladə qurultay keçirərək Fətullah Gülənlə əlaqəsi olan bir xəstəxana və iki məktəbin bağlanması ilə bağlı qərar verib.

Hüquq-mühafizə orqanlarının əməkdaşları ölkədə “Nile Academy”yə aid iki böyük məktəbdə axtarışlar apardıqdan sonra bu təhsil ocaqlarını bağlayıb.

Qeyd olunur ki, “Deva” xəstəxanası da bağlanıb.

Muhammed Nur adlı polis agentliyə bildirib ki, türkiyəli işçilər Somalini tərk ediblər.

Qeyd edək ki, Türkiyənin Somali ilə əlaqələri prezident R. T. Ərdoğanın baş nazir kimi fəaliyyət göstərdiyi dövrdə inkişaf edib. Ərdoğan 2011-ci ildə, 20 il sonra Somaliyə səfər edən ilk lider olub.

Ölkədə quraqlıq illərində də Ankaradan humanitar yardımlar göndərilib və bu proses ildən-ilə artıb.(qafqazinfo)

24saat.org
Loading...

Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin tədbirində Azərbaycana qarşı hörmətsizlik – VİDEO

Sonrakı Yazı »

Ermənistanda elektrikin qiyməti aşağı salındı

%d bloqqer bunu bəyənir: