Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

“Gülənçi ovu” şəxsi kitabxanaları məhv edir – Barbarlıq dövrünə qayıdış…

Həbs qorxusu bəzi vətəndaşların bütün dini kitablarıdan imtinasına səbəb olub

Bu günlərdə etibarlı mənbədən 24saat.org-a maraqlı informasiya daxil olub. Mənbənin məlumatına görə, bir müddət öncə Bakıda bəzi şəxslərin gülənçi ittihamı ilə həbs edilməsi, habelə Fətullah Gülən tərəfdarlarına qarşı mübarizənin davam etdiriləcəyi ilə bağlı verilən rəsmi açıqlamalar inanclı kəsimin bəzi nümayəndələrində ciddi təlaşa səbəb olub. Belə ki, evindən çıxacaq hər hansı bir dini kitabın onun gülənçi damğası ilə ittiham edilməsinə səbəb olacağından ehtiyat edən bəzi vətəndaşlar, bütün dini kitabları məhv etməklə məşğuldur.

Mənbənin sözlərinə görə, dindarların bir çoxu dini kitabların zibilliyə atılmasını dini nöqteyi-nəzərdən günah olduğunu nəzər alıb, onları gözdən-nəzərdən uzaq yerlərdə yandırmaqla məhv edirlər. Şəhərin mərkəzi yerlərində yaşayan dindarlar isə bu kitabları şəhərətrafı ərazilərə apararaq orada “zərərsizləşdirirlər”. Yolda hansısa təsadüf nəticəsində hüquq-mühafizə orqanları tərəfindən saxlanılan zaman içi kitab dolu çantaya görə məsuliyyətə cəlb edilməmək üçün evdən çıxan zaman bu kitablar cırılaraq çantaya yerləşdirilir. Dindarlar hesab edir ki, kitabların cırılaraq çantalara yığılması ona görə vacibdir ki, əgər yolda saxlanılsalar, o zaman kitabları həqiqətən də məhv etmək məqsədi ilə apardıqlarına, kiməsə vermək, satmaq niyyətində olmadıqlarına inandıra bilsinlər.

Mənbə hesab edir ki, gülənçi ittihamı ilə həbslərin davam etdirilməsi şəxsi kitabxanaların məhvi prosesini sürətləndirəcək ki, bu da XXI əsrdə barbarlıq dövrünə qayıdış deməkdir.

24saat.org

24saat.org
Loading...

YAP büdəcəyə 720 milyon manat bağışlaya bilər – niyə etmir?

Sonrakı Yazı »

Pedofillikdə ittiham olunan baş məşqçi haqda rəsmi açıqlama

%d bloqqer bunu bəyənir: