Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

“Gülən Vəqfi”nin keçmiş rəhbərindən sensasion açıqlamalar

«Fətullah Gülənin Azərbaycandakı fəaliyyətinin qadağan edildiyini düşünürsünüzsə, yanılırsınız»

Ərzurumda fəaliyyət göstərən “Gülən Vəqfi”nin keçmiş rəhbəri Ümit Akdemir “FETÖ”nun Azərbaycanda təşkilatlanması barədə sensasion açıqlamalar verib. “Sabah” qəzetinə danışan Ümid Akdemir deyib ki,”FETÖ”nun məktəbləri SOCAR-ın nəzarətinə verilsə də, gizli imamlar həmin məktəblərdə fəaliyyətlərini davam etdirirlər:

“Fətullah Gülənin Azərbaycandakı fəaliyyətinin qadağan edildiyini düşünürsünüzsə, yanılırsınız. Bəli, Gülənin məktəbləri SOCAR-ın nəzarətinə verilib. Amma gizli imamlar və təşkilatın müəllim heyəti həmin məktəblərdə fəaliyyətlərini davam etdirirlər”.

Ümid Akdemr deyib ki, Azərbaycanın dövlət başçısı Ilham Əliyev bu mövzuda yanlış məlumatlandırılır.

Onun sözlərinə görə, bu təşkilatın Azərbaycanda 28 məktəbi var. Bu məktəblərdə hərbçi, polis, məmur və elm adamları yetişdirilir. Və bu şəxslər Azərbaycan dövlətinə deyil, Gülənə bağlı olaraq vəzifələrə yerləşdirilirlər.

Qeyd edək ki, rəsmi Ankaranın Gülən məsələsilə bağlı ən narahat olduğu ölkələrdən biri də Azərbaycandır. Amma hansısa səbəbdən Azərbaycan hakimiyyəti gerçək “gülənçilər”i deyil, siyasi rəqiblərini bu adla həbs edir. Hakimiyyət bununla həm Ankaranı aldatmağa cəhd edir, həm də referendumqabağı gözlənilən etirazları indidən neytrallaşdırmağı düşünür. Maraqlıdır ki, Ankara da bu komediyanı sükutla seyr edir.

24saat.org
Loading...

“Ölkə başçısı Tarif Şurasının qərarını dayandıra bilər”

Sonrakı Yazı »

Prokurorluq: Gülenlə bağlı kitablar “qadağan deyil”

%d bloqqer bunu bəyənir: