Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...
14385

“Gülən cəhənnəmə də getsə arxasıyca gedərəm”

moderator.az  Türkiyə mediasına istinadən xəbər verir ki, İzmirdə keçirilən FETÖ əməliyyatında aralarında silahlı şəxslərin də olduğu 24 nəfər saxlanılıb. Şübhəlilərdən bir qisminin FETÖ-nun şifrəli yazışma proqramından istifadə etdikləri və təşkilata maliyyə dəstək verdikləri qeyd olunub.

Saxlanılanlar arasında Fətullah Gülənin İzmirdəki ilk tələbələrindən olduğu müəyyən edilən Alaattin Kırkan da olub. Onun uzun illərdir ki, FETÖ məktəblərində müəllimlik etdiyi deyilir.
Alaattin Kırkanın Gülən ilə necə tanış olması haqqında danışdığı bir video da ortaya çıxıb. Uzun illər Gülənin yanında qalan qardaşlardan bəhs edən “Keçmişdən izlər” adlı filmdə Kırkan diqqət çəkən açıqlamalar verir. Kırkanın videodakı  açıqlamalarında Fətullah Güləni peyğəmbərləşdirməsi də ortaya çıxıb. Kırkan Gülən haqqında bu sözləri işlədib: “Əgər bir gün xoca əfəndi cəhənnəmə girsə, onunla bərabər cəhənnəmə girməyə razıyam. O bizi oddan xilas etmək üçün göndərilibş. Təkcə ölkəmiz deyil, bütün bəşəriyyət üçün çalışan insandır”.

24saat.org
Loading...

Deputat etiraf edir: ”Builki büdcədən 10 milyard vəsait talan olunub’

Sonrakı Yazı »

Ərdoğandan sərt xəbərdarlıq

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

%d bloqqer bunu bəyənir: