Advertisements
24 saat

Güləşçilərimizin Olimpiya medalları əllərindən alınacaq?


Azərbaycan, Ukrayna və Qazaxıstandan olan bir neçə güləşçinin Pekin-2008 və London-2012 Olimpiya oyunlarında qazandığı medallar dopinqlə əlaqədar geri alınacaq.

Bu barədə “FloWrestling” məlumat yayıb.

Hələlik adı dopinq qalmaqalında hallanan güləşçilərin kimliyi açıqlanmayıb.

Bundan əlavə Pekin-2008 Olimpiya Oyunlarının qalibi Özbəkistan təmsilçisi Artur Taymazovun qızıl medalı əlindən alınaraq rusiyalı güləşçi Bəxtiyar Əhmədova veriləcək.

Gənclər və İdman Nazirliyi mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədova virtualaz.org-a bildirib ki, 2008 və 2012-ci illərdə keçirilən olimpiya yarışlarında iştirak etmiş Azərbaycan güləşçilərinin müsbət doping testi ilə bağlı heç bir rəsmi bildiriş almayıblar: “Buna görə də hələlik heç bir şərh verə bilmərik”.

Xatırladaq ki, 2008-Pekin olimpiadasında yunan-Roma güləşçiləri Rövşən Bayramov və Vitali Rəhimov gümüş, sərbəst güləşçilər Mariya Stadnik və Xetaq Qazyumov bürünc medal qazanıblar.

2012-ci ildə Londonda isə Azərbaycan güləşçiləri iki qızıl (sərbəst güləş-Toğrul Əsgərov, Şərif Şərifov), iki gümüş (sərbəst güləş-Mariya Stadnik, klassik növ- Bayramov) və üç bürünc (klassik növ-Emin Əhmədov, sərbəst güləş-Yuliya Ratkeviç və Xetaq Qazyumov) medal qazanıblar.

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: