Now Reading:
Güclü zəlzələ İtaliyanın bir şəhərini işıqsız qoyub
Full Article 30 second read

Güclü zəlzələ İtaliyanın bir şəhərini işıqsız qoyub



İtaliyanın çərşənbə günü axşam İtaliyanın mərkəzində baş verən 5,4 bal gücündə zəlzələnin episentri yaxınlığında yerləşən Kastel-Sant-Ancelo şəhəri (Latsio vilayəti) işıqsız qalıb.

“RİA Novosti” xəbər verir ki, bu barədə şəhərin meri Muro Falkuççi “SkyTG24” telekanalının efirində məlumat verib.

“Elektrik enerjisi kəsilib. Yəqin ki dağıntılar olacaq. Bu həqiqətən güclü titrəyiş idi”, – deyə o əlavə edib.

Falkuççinin sözlərinə görə, yeraltı təkanlardan sonra çoxları küçəyə çıxıb, o özü isə meriya binasının həyətindədir.

İtaliyanın Mülki Müdafiə Xidməti təbii fəlakət nəticəsində dağıntı və zərərçəkənlərin ola biləcəyi ehtimalı ilə bağlı yoxlamalara başlayıb.

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: