Loading...
Loading...

Güclü leysan Hacıqabulun 60 hektardan çox ərazisini su altında qoydu

‘Əgər sel suları belə davam edərsə, vəziyyət kiritik həddə çata bilər”

“Ötən gündən başlayaraq Şamaxı və Hacıqabul ərazisindəki dağlara yağan güclü leysan Pirsaatçayda gursululuq yaradıb. Nəticədə Hacıqabul rayonunda 60 hektardan çox ərazi su altında qalıb”.

Bunu “Report”a açıqlamasında Hacıqabul rayon fövqəladə hallar komissiyasının sədri Sahib Aslanov bildirib.

O qeyd edib ki, rayonun Rəncbər və Nəvahi kəndləri təhlükə ilə üzləşib: “Rəncbər və Nəvahi kəndlərinin sel sularına məruz qalmaması üçün həmin kəndlərin ərazilərinə müxtəlif təyinatlı texnikalar və canlı qüvvə cəlb olunub. Hazırda sözügedən kəndlərdə bəndvurma işləri aparlır. Pirsaatçay su anbarı sel suları ilə dolub və anbarda təmizləmə işləri aparılır. Əgər sel suları belə davam edərsə, vəziyyət kiritik həddə çata bilər”.

meydan.tv

24saat.org
Loading...

“Azərbaycan Suriyaya qoşun göndərə bilər”

Sonrakı Yazı »

İşıq gələn tək bacaya – xaricdə təhsilə hücum

%d bloqqer bunu bəyənir: