Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Güclü leysan Cənub bölgəsində fəsadlar törətdi

Gecə saatlarından başlayaraq Azərbaycanın cənub bölgəsində güclü leysan yağmağa başlayıb.

APA-nın cənub bürosunun xəbərinə görə, leysan bölgədə daha çox Astara rayonunda fəsadlara səbəb olub.
Rayonun dağlıq ərazidə yerləşən Vaqadi kəndi leysan yağışları nəticəsində əmələ gələn sel sularından daha çox ziyan çəkib.
Dağlardan gələn sel suları kənddə yerləşən, üç yaşayış məntəqəsini birləşdirən körpünü yuyaraq aparıb. Kəndarası yollar bərbad vəziyyətə düşüb. Kənddəki sitrus bağlarına, fərdi təsərrüfatlara xeyli ziyan dəyib.
Kənddə bəzi yerlərdə mövcud olan sürüşmə sahələrində aktivlik artıb.

24saat.org
Loading...

Deputat etiraf edir: ”Builki büdcədən 10 milyard vəsait talan olunub’

Sonrakı Yazı »

Göyçayda güclü partlayış baş verdi

%d bloqqer bunu bəyənir: