24 saat

Gözün altındakı qırışlar yox etmək üçün – MASKA


Gözlərin altı daha həssas dəriyə malik olduğu üçün, vaxtından əvvəl qırışır.

24saat.org atv.az-a istinadən sizə bu cür qırışların qarşısını alan bir neçə maska təqdim edir:

Portağal maskası

1 yumurta sarısı

1 x.q zeytun yağı

2 x.q portağal suyu

1 ç.q bal

Hazırlanması:

Portağalın şirəsini sıxın. Yumurta sarısını balla ovun, sonra yaxşı qarışdırın. Daha sonra sıxdığınız portağal şirəsini və zeytun yağını əlavə edin. Gözlərinizin ətrafına çəkin.

10-15 dəqiqə maskanı saxlayın , sonra istifadə olunmamış (təzə )sabunla üzünüzü yuyun.

Yerkökü maskası

1 kök

2 x.q kartof nişastası

1 yumurta sarısı :

Kökü blendrdə xırdalayın və ya sürtkəcin xırda gözündən keçirin. Yerkökü kütləsinə yumurta sarısını və kartof nişastasını əlavə edin.

Quru dəriyə sahib olanlar isə 1 ç.q zeytun yağıda əlavə edə bilərlər. Hazır maskanı gözlərin ətrafına vurun. 20 dəqiqə saxladıqdan sonra ilıq suyla yuyun.

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: