Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...
gozel

Gözəl Bayramlı: “Tariximizin ən ağır repressiya dövrünə şahidlik edirik”

“Baş verənlər əsl mənəvi terrordur”

Son günlər ölkə mediasında siyasi məhbuslarla bağlı mövcud vəziyyətin ötən əsrin 30-cu illərinin repressiya dövrü ilə müqayisə edilməsi ilə bağlı halların sayı artmaqdadır. Bəzi siyasilər hesab edir ki, 30-cu illlərdə kütləvi məhvetmə tendensiyası müşahidə edilsə də, hətta o zaman belə siyasi məhbuslara indiki kimi alçaldığı, təhqiredici münasibət sərgilənməyib.

Maraqlıdır, doğrudanmı mövcud vəziyyət 30-cu illərlə müqayisədə daha pisdir? Həqiqətənmi bu günə baxıb 30-cu illərə şükr etmək olar?
AXCP sədrinin müavini Gözəl Bayramlı 24saat.org-a açıqlamasında mövcud vəziyyətin 30-cu illərdən heç nə ilə fərqlənmədiyini, əksinə, daha acınacaqlı olduğunu vurğulayıb:

“Bu gün Azərbaycanda davam edən repressiyalar 30-cu illərin repressiya dövründən heç nə ilə fərqlənmir, bəlkə də tariximizin ən ağır repressiya dövrünə şahidlik edirik. Siyasi məhbuslara tətbiq olunan işgəncələr, “bandotdel”də onların başına açılan oyunlar bunu deməyə əsas verir. Məhkəmə proseslərində eşitdiklərimizdən dəhşətə gəlirik. Bəlkə də düşmən əsirliyində olanlarla belə davranmırlar. Bu, əsl mənəvi terrordur. İnsanlar siyasi fəaliyyətinə, fərqli fikirlərinə görə işgəncə aparatından keçirilir, alçaldılır, təhqir olunur, ailələri ilə təhdid olunur. Hesab edirəm ki, bu gün siyasi məhbuslara 30-cu illərdən daha sərt münasibət mövcuddur və bütün bunlara görə hüquq-məhkəmə sistemini cəza alətinə çevirən mövcud avtoritar rejim məsuliyyət daşıyır”.

Seymur Əliyev

24saat.org

24saat.org
Loading...

Deputatdan əcayib təklif: Suyun qiyməti qaldırılsın

Sonrakı Yazı »

Akif Çovdarovun səhhəti yenə ağırlaşdı

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

%d bloqqer bunu bəyənir: