Now Reading:
Göygöl və Tərtərdə dolu düşüb
Full Article 40 second read

Göygöl və Tərtərdə dolu düşüb

Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb.


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən bildirilib ki, əvvəlcədən xəbər verildiyi kimi sentyabrın 1-i gün ərzində, 2-si səhərədək ölkə ərazisində hava şəraiti dəyişərək qeyri-sabit keçib, güclü şimal-qərb küləyi əsib, şimşək çaxıb, yağış yağıb, bəzi yerlərdə intensiv olub, Göygöl və Tərtərdə dolu düşüb.
Düşən yağıntının miqdarı Bakıda və Abşeron yarımadasında 1.0-8.0 mm, Lənkəran-Astara zonasında 1.0-26.0 mm, Astarada 84.0 mm, Lerikdə 41.0 mm, Böyük Qafqazda 1.0-18.0 mm, bəzi dağlıq ərazilərdə 33.0-78.0 mm, Kiçik Qafqazda 1.0-2.0 mm, Qazax-Gəncə zonasında 1.0-8.0 mm, Mərkəzi-Aran rayonlarında isə 1.0-24.0 mm olub.
Şimal-qərb küləyinin sürəti bəzi rayonlarda 18-32 m/s, Abşeron yarımadası və Abşeron dəniz rayonunda 20-25 m/s təşkil edib, arabir 28 m/s-dək güclənib.

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: