24 saat

Göyçayda tələbə qız intihara cəhd edib


Göyçay rayonunda intihara cəhd hadisəsi baş verib.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə bu gün axşam saatlarında rayonun Hacalıkənd kəndində qeydə alınıb. Kənd sakini 1998-ci il təvəllüdlü Həmidova Nuranə Şahin qızı yaşadığı evdə sirkə turşusu içərək intihara cəhd edib. O, ağır vəziyyətdə Göyçay rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.

Azərbaycan Müəllimlər İnstitutunun Şamaxı filialının ikinci kurs tələbəsi olan Nuranə Həmidovanın özünə qəsd etməsinin səbəbi hələ ki, məlum deyil.

Faktla bağlı Göyçay rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: