Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Göyçayda “Suriya məktəbi” – Video

 

Göyçayın  Füzuli adına 6 nömrəli orta məktəbi bərbad vəziyyətdədir. 24saat.org-a müraciət edən bir qrup valideyn qeyd edib ki, şagirdlərə dərs keçmək üçün müasir standartlara cavab verən şərait yoxdur. Məktəb sovet dövründə tikilib. O vaxtlar bu məktəbdə qızdırılan hovuz da olub. İndi isə məktəbdə vəziyyət ürəkaçan deyil.

Adıçəkilən məktəbin yaxınlığında yaşayan sakinlər övladlarını başqa məktəblərə göndərmək məcburiyyətində qalırlar. Çünki indiyədək sözügedən məktəbdə təmir işləri aparılmayıb. Məktəbdə döşəməni “solyarka” ilə yuyurlar.

Bu da şagirdlərdə baş ağrısına, ürək bulanmasına səbəb olur. Bütün bunlar da valideynlərdə narazılıq yaradıb. Aidiyyəti qurumlar isə heç bir tədbir görmür. Sakinlər Göyçay rayon İcra Hakimiyyətini və Təhsil Nazirliyini bu məktəbə baxış keçirməyə dəvət ediblər.

24saat.org

 

24saat.org
Loading...

Deputatdan əcayib təklif: Suyun qiyməti qaldırılsın

Sonrakı Yazı »

“Formula-1” üzrə Avropa Qran-prisi günlərində hansı yollar bağlı olacaq?

%d bloqqer bunu bəyənir: