Loading...
Loading...

Göyçayda Murtuz Salahov kabusu və xarba qalan tarixi bina

Göyçayın Səməd Vurğun küçəsindəki 5 nömrəli uşaq bağçası tarixi bina hesab olunur. Bu bağça Göyçay Mədəniyyət və Turizm İdarəsinin, Göyçay Təhsil Şöbəsinin, Göyçay Rayon İcra Hakimiyyətinin laqeyd münasibəti ucbatından hazırda bərbad vəziyyətdədir.

Bu barədə 24saat.org-a verilən məlumata görə, bu binanın qonşuluğunda isə Göyçay şəhər icra nümayəndəsi Murtuz Salahovun dəbdəbəli evi yerləşir. Rayon sakinləri və bu tarixi bina ilə qonşuluqda yaşayanlar isə bu nəzarətsiz, uçulmuş binadan gəmiricilərin və başqa ziyanverici həşəratların ətrafa yayılmasından narahat olduqlarını bildirirlər. Onların sözlərinə görə, şəhər icra nümayəndəsini bu vəziyyət qətiyyən narahat etmir. Çünki malikanəsinə bu həşəratların keçməyəcəyindən arxayındır. Göyçay icra başçısı Mübariz Ağayev isə tarixi bina barəsində heç bir tədbir görmür.

Amma M.Salahovun villası bu binanın yanında göz qamaşdırır. Görünür, elə binanın restevrasiyasına ayrılan büdcə pullarına Salahov özünə imarət tikdirib. Bu belə olmasa da 24saat.org-un M.Salahovla bağlı araşdırmaları zamanı da ortaya ilginc faktlar çıxıb.

Belə ki, redaksiyamıza Göyçay şəhər icra nümayəndəsi Murtuz Salahova aid obyektlərin fotoları da daxil olub. Bu obyektlər hazırda yüksək qiymətə bank və mebel satışı üçün icarəyə verilib. Ən qəribəsi isə budur ki, M.Salahov bir məmur kimi mənfi reputasiyalı keçmişə malikdir. Belə ki, bu şəxs uzun müddət Göyçay Qaz İstismar İdarəsinin müdiri vəzifəsində çalışıb və 2014-cü ilin sonlarında vəzifəsindən kənarlaşdırılıb. M.Salahovun vəzifədən kənarlaşdırılmasının əsas səbəbi onun işdə yol verdiyi qanunsuzluqlar və rayon ərazisindəki qaz borularının kəsilərək satılmasına rəhbərlik etməsi olub.

Sonuncu fakt xeyli dərəcədə ictimailəşib və dövlət əmlakını talama maddəsi ilə cinayət işi də qaldırılıb. Amma hansı möcüzə nəticəsində isə M.Salahov cəzadan yayınıb və nəinki cəzadan yayınıb hətta şəhər meri postu ilə “mükafatlandırılıb”. 24saat.org-a daxil olan məlumata görə M.Salahovun oğlu da rayonda vəzifə sahibidir. Mövzu ilə bağlı araşdırmalarımız davam edəcək.

goy8

Murtuz Salahovun icarəyə verdiyi obyekti

goy7

Murtuz Salahovun icarəyə verdiyi obyekti

goy5

Murtuz Salahovun dəbdəbəli evi

goy4

Murtuz Salahovun dəbdəbəli evi

goy2

Tarixi bina

goy1

Murtuz Salahovun dəbdəbəli evi

 

 

24saat.org

Samir Şərifov: “Qazın qiymətinin qalxmasına Rövnəq Abdullayev aydınlıq gətirsin”

Sonrakı Yazı »

Baba Rzayevin Cəlilabaddakı adamı belə dağıdır – Faktlar

Loading...
%d bloqqer bunu bəyənir: