Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Göyçay: “sabiq başçı 10 min manatımı yeyib” – Şikayət

Göyçayın H.Əliyev prospekti, ev 81 sakini Mehdiyev Əlibaba Elman oğlu tərəfindən 24saat.org-a şikayət məktubu daxil olub.

Şikayət məktubunda Göyçay rayon sabiq icra başçısı Mübariz Ağayevin qanunsuz əməllərindən bəhs olunub. “Ailəmiz özünü öldürmə həddindədir. Fəaliyyəti boyu saxtakarlıqla məşğul olmuş Mübariz Ağayev bizə olan 10.000 manat borcunu verməyərək aldatdı. Belə ki, 2015-ci il tarixində abadlıq işləri aparılarkən H.Əliyev mərkəzinin qarşısında Gənclər mərkəzi tikilən və park salınan zaman ərazidəki evləri kompensasiya ilə sökdülər. Həmin vaxt Elşad Məmmədova məxsus mağaza da plana düşdü deyə ona kompensasiya əvəzi müəyyən məbləğdə pul verildi və qalan pulun əvəzində isə mənim satdığım həyətyanı torpaq sahəmi Mübariz Ağayev alıb həmin şəxsə verdi. Banka kredit borcumuz vardı deyə həyətyanı torpaq sahəmizi satmaq məcburiyyətində qaldıq. Ancaq icra başçısı Mübariz Ağayev bizə söz verib pulumuzun müəyyən hissəsini versə də 10.000 manat borclu qaldı”. Şikayətçi daha sonra bildirib: “Həmin vaxt Mübariz Ağayev bizə and içib söz verdi ki, 10.000 manatımızı tezliklə verəcəm. Bu gün -sabah deyə-deyə məni get-gələ salan saxtakar icra başçısı Mübariz Ağayev axırda da mənə dedi ki, “söz vermişəm qələt etmişəm, pul yoxdur. Prezident sərəncam imzalasa da, Göyçay rayonuna ayrılan 3 milyon manat təyinatı üzrə verilmədi, ona görə də sənin pulunu verə bilməyəcəyəm”. Bütün bu saxtakarlıqları Mübariz Ağayevlə onun ikinci müavini Ədalət Dövlətov edib bizim ailəni aldatdılar. Hazırda da buna görə banka olan kredit borcumuzu verə bilməmişik, özümüzü öldürmək həddindəyik. Mübariz Ağayev torpağın pulunun bir hissəsini verən zaman öz diktəsi ilə göyçaylıların adından prezident İlham Əliyevə yazdırdığı zəhmətkeşlərin təşəkkür məktubuna mənə də imza etdirdi. Guya biz göyçaylılar Mübariz Ağayevin apardığı abadlıq-quruculuq işlərindən çox-çox razıyıq. Əslində isə həmin saxta təşəkkür məktubuna imza edən 400 nəfərin hamısı mənim kimi aldadılmış insanlardı. Mübariz Ağayev bizi aldadıb pulumuzu mənimsəyib. Prezident İlham Əliyevdən xahiş edirəm sabiq icra başçısı talançı Mübariz Ağayevin barəsində ciddi tədbir görəsiniz halal pulumuzun qaytarılması üçün bizə köməklik göstərəsiniz”.

24saat.org
Loading...

Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin tədbirində Azərbaycana qarşı hörmətsizlik – VİDEO

Sonrakı Yazı »

Başçı sahibkarlardan ordu pulu yığır – Ucarda

%d bloqqer bunu bəyənir: