Loading...
Loading...
ktn

Göyçay: İki baytar idarəsi müdirinin müdhiş – Özbaşınalıqları

 

Göyçayın Atatürk küçəsi, ev 32 sakini Qarayeva Fatma Qara qızı 24saat.org-a müraciət edib.

Onun sözlərinə görə, Göyçay Zona Baytarlıq Laboratoriya İdarəsinin direktoru Kərəm Babayevlə Göyçay Baytarlıq İdarəsinin rəisi Ağadadaş Hacıyev əlbir olub.

Şikayətçi qeyd edib ki, adıçəkilən məmurlar saxtakarlıqla onun 29 il nöqsansız çalışdığı işindən ixtisar ediblər:

“Bu ciddi qanunsuzluq, korrupsiya əməlidir. 1987-ci il tarixdə Zaqatala Kənd Təsərrüfatı Texnikumunun zootekniklik fakultəsini bitirib həmin ildən Göyçay Baytarlıq Labaratoriya İdarəsinin sereloji şöbəsində labarant vəzifəsinə işə qəbul olunmuşam. 29 il bu vəzifədə nöqsansız çalışmışam.

02 fevral 2016-cı il tarixdə Kənd Təsərrüfatı Nazirliyində struktur dəyişikliklə əlaqədar direktor Kərim Babayev mənə bildirdi ki, bizim idarənin 3 şöbəsi Ucar rayonunda yeni yaradılmış İdarəyə köçürüləcək.

Bir sereboloji şöbə isə Göyçay Baytarlıq İdarəsində yeni yaradılmış diaqnostika kabinetinə keçiriləcək. Bunun üçün sən Baytarlıq İdarəsinin rəisi Ağadadaş Hacıyevə pul verməlisən. Mən buna etiraz etdim deyə, heç bir əsas səbəb olmadan idarəmiz ləğv olunmamış məni ixtisar adı ilə işdən tam qanunsuz olaraq çıxartdılar”.

diplom1 diplom2

 

F.Qarayeva bildirib ki, bu işi korrupsiyaya qurşanmış Kərəm Babayevlə Ağadadaş Hacıyev planlı şəkildə ediblər: “Struktur dəyişikliklə əlaqədar əmrlə ləğv edilmiş idarədə adları göstərilən işçi siyahısında mən olmayım və orada adı olan Asudə İsmayılovanı işə götürsünlər.

Belə də oldu, sereboloji analizlərdən heç bir anlayışı təcrübəsi olmayan Asudə İsmayılovanı mənim yerimə işə götürdülər. Çünki Asudə İsmayılova bu korrupsioner vəzifəli şəxslərin istədikləri pulu onlara verə bilib.

Asudə İsmayılova orta ixtisas təhsili olsa da, Kərəm Babayevin himayəsi ilə 6 il labaratoriyanın virusologiya şöbəsində həkim işləyib. Mənim əmək hüquqlarımı pozan bu korrupsioner cütlüyün bütün fəaliyyəti qanunsuzluqla davam edib.

Biz zərərli kimyəvi maddələrlə daimi işlədiyimiz üçün bizə əmək haqqından əlavə hər ay verilən ərzaq pulunu Labaratoriya İdarəsinin direktoru Kərəm Babayev və Baytarlıq İdarəsinin rəisi Ağadadaş Hacıyev mənimsəyiblər”.

İşsiz qalan vətəndaşın sözlərinə görə, Kərəm Babayevin həyat yoldaşının adı idarədə xadimə kimi işdə getsə də, heç vaxt işə gəlməyib: “İdarədə işlədilməsi üçün dəftər ləvazimatını öz pulumuzla almışıq, ödənişlə edilən sifarişli analizlərin pulunun 50 %-i Kərəm Babayev dövlət büdcəsindən yazdıraraq mənimsəyir.

Ağadadaş Hacıyev də ixtisası baytarlığa aid olmayan oğlu Mehmanı İdarəyə aparıcı həkim təyin etdirib, gəlini Elnarənin isə adı xadimə kimi qeyd edilsə də, idarənin yolunu belə tanımır. Bu korrupsioner cütlük Göyçay Baytarlıq İdarəsinin rəisi Ağadadaş Hacıyev və Göyçay Zona Baytarlıq Labaratoriyasının direktoru Kərəm Babayevin talançılığı nəticəsində hər il dövlətə küllü miqdarda zərərlər dəyir.

Prezident cənab İlham Əliyev kənd təsərrüfatının inkişafı üçün mütərəqqi adddımlar atır sərəncamlar imzalayır. Ancaq yerlərdə həmin sərəncamların icrasına belə korrupsioner yaramaz məmurlar maneə olub öz şəxsi maraqlarına görə cinayət əməlləri ilə məşğul olurlar”.

24saat.org

24saat.org
Loading...

“Azərbaycan Suriyaya qoşun göndərə bilər”

Sonrakı Yazı »

Amerikanın birinci xanımının SEKSİ görüntüləri

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

%d bloqqer bunu bəyənir: