Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

“Görünən odur ki, nazirlikdə “MTN əməliyyatı”dakı təmizləmə tam aparılmayıb”

Moderator.az-a Cəlilabad rayonundan aşağıdakı məzmunda şikayət məktubu daxil olub.

Həmin məktubu oxuculara təqdim edirik, eyni zamanda məktubda adıçəkilən şəxslərə də cavab haqqı tanıdığımızı bəyan edirik:
“Hörmətli redaksiya, Cəlilabad TKQ-nın rəhbəri  Zaur Məmmədovun rayon rabitəsini bərbad günə salması haqqında saysız – hesabsız şikayətlərə baxmayaraq Rabitə və Yüksək Texnolgiyalar Nazirliyi tərəfindən əhəmiyyət verilmir, əksinə, onun bu hərəkətlərinə haqq qazandırılır. Keyfiyyətsiz xidmət göstərməklə əhalidən ancaq pul yığan bu şəxs ölkə imicinə xələl gətirməkdən başqa bir işə yaramır. Dəfələrlə bu barədə Nazirliyə şikayət etsəm də formal cavablar verilib. Evimə telefon çəkilməsi üçün ərizəmə cavab verilib ki, guya həmin ərazidə telefon xətti  olmadığından xətt çəkə bilməzlər. Halbuki, 5 metr aralıda olan qonşum ev telefonundan istifadə edir. Bu cavabı Nazirlik yerli rəhbər Zaur Məmmədovun əsassız və yalan məlumatından qaynaqlanaraq verir. Görünən odur ki, Nazirlikdə aparılan “MTN əməliyyatı”dakı təmizləmə tam aparılmayıb və hansısa qüvvələr bizi öz hökumətimizdən narazı salır.Yoxsa bu qədər şikayətçisi olan TKQ-nın rəhbərini vəzifəsində saxlamaq kimə lazımdır?
Sizdən xahiş edirəm bu məlumatı ictimailəşdirəsiniz.
Cəlilabad rayon, Üçtəpə kənd sakini 
Yarıyev Ramiz Qədir oğlundan 
ş/v seriya AZE № 08266284
əlaqə telefonu: 051-467-42-59

24saat.org
Loading...

Kərəm Həsənovun zavodunda üsyan: dayısı və qardaşı işçilərə pul vermir – Özəl

Sonrakı Yazı »

Sabiq deputatın oğlu məhkəmə zalından azadlığa buraxıldı

%d bloqqer bunu bəyənir: