Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Goranboydakı qızıl əməliyyatı təsdiqləndi – İşdə nazirin adı keçir

Goranboyda aparılan qızıl əməliyyatı ilə bağlı bəzi ilginc məqamlar ortaya çıxıb. Məlum olub ki, artıq məsələ ilə bağlı cinayət işi açılıb və bəzi məmurların cəzalandırılması istiqamətində işlər aparılır.

Aznews.az-ın əldə etdiyi məlumata görə, hadisə ilə bağlı rayon polis şöbəsində saxlanılan şəxslərin sərbəst buraxılması üçün icra hakimiyyətinin başçısı Nizaməddin Quliyev hüquq-mühafizə orqanlarına tapşırıqlar verib. Lakin onun sözünə qulaq asan olmayıb. Hətta rayon polis şöbəsinin rəisi ilə icra başçısı arasında mübahisənin yarandığı barədə də məlumatlar var.

Bildirilir ki, N. Quliyev əməliyyat zamanı saxlanılan köməkçisi Fuad Əliyevin sərbəst buraxılmasına nail olsa da, digər şəxslərin azadlığa çıxmasına müvəffəq ola bilməyib.

O da qeyd olunur ki, hazırda polis şöbəsində saxlanılan “Azəryolsevis”in əməkdaşı Misir Ələkbərov Azərbaycanın ən sanballı oliqarxlarından birinin qardaşıdır. Həmin oliqarx isə nazirlərdən birinin ortağı, yaxın adamıdır. Əməliyyatda saxlanılan şəxslərin sərbəst buraxılması üçün icra başçısının rəislə “danışıqlar”ı zamanı həmin nazirin də adı çəkilib. Lakin polis rəisi nazirliyin göstərişi olmadan belə bir addım ata bilməyəcəyini deyib. Elə bu da rəislə icra başçısının mübahisəsinə səbəb olub.

Bu arada Azpolitika.info saytı məlumat yayıb ki, bu məsələyə görə rayonda vəziyyət kifayət qədər gərgindir. Hətta icra başçısının bu səhvinə görə postdan uzaqlaşdırılacağı barədə şayiələr dolaşır.

Həmin hadisənin iştirakçısı olduğu deyilən, icra başçısının köməkçisi Fuad Əliyev yenidən məsələ ilə bağlı Aznews.az-a açıqlama verib. O, Dövlət Təhlükəsizlik Xidmətinin rayonda belə bir əməliyyat apardığını təsdiqləyib: “Əməliyyat keçirilib. Bizə məlumat verildi ki, burada qazıntı işləri aparılır. Biz bilmirik ki, orada qızıl, yoxsa gümüş çıxarırlar. Goranboy Rayon İcra Hakimiyyəti də məsələ ilə bağlı aidiyyəti orqanlara məlumat verib. Aidiyyətı orqanlar da öz işlərini aparırlar. Məlumatla bağlı araşdırma aparılıb. Düzdür, hadisə yerinə gedib baxmamışıq. Lakin bizə çatan məlumata görə, nə isə etmək istəyiblər, amma vaxtında qarşısı alınıb”.

F.Əliyev əməliyyat zamanı heç bir məmurun həbs olunmadığını iddia edib. Başçının köməkçisi hazırda iş başında olduğunu, onunla bağlı heç bir problem olmadığını deyib: “Mən dünən işdə deyildim. Amma bu gün işə qayıtdım ki, başqa problemlər yaranmasın. Mənim həqiqətən heç bir problemim yoxdur, hazırda işimin başındayam. O əməliyyatla da heç bir əlaqəm yoxdur”. İcra başçısının nümayəndəsi bu işlə heç bir əlaqəsinin olmadığını desə də, aidiyyəti qurumlar bu işdə günahı olana adamların cəzalandırılması istiqamətində fəaliyyətə başlayıblar.

24saat.org
Loading...

Tanınmış blogger Mehman Hüseynov yeni statusu ilə yenə məmurlara meydan oxudu

Sonrakı Yazı »

Bürclər – 15 İYUN

%d bloqqer bunu bəyənir: