Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Gömrükdə kobud rəftarla üzləşdiyi deyilən qadınla bağlı açıqlama – VİDEO

[sg_popup id=1]

Dövlət Gömrük Komitəsi “Sınıq Körpü” gömrük postunda baş verən insidentə aydınlıq gətirib.

Komitənin mətbuat xidmətindən verilən məlumata görə, oktyabrın 21-də Tovuz Gömrük İdarəsinin “Sınıq Körpü” gömrük postunda lentə alınan kadrlarda “kobud” rəftara məruz qaldığı iddia olunan qadın Qazax rayon sakini, 57 yaşlı İsmayılova Sona Qayvalı qızıdır.

Sona İsmayılova həmin gün “Sınıq Körpü” gömrük postunun idxal nəzarəti zonasında gömrük- keçid məntəqəsinin keçid qaydalarını, keçid məntəqəsinin iş rejimini kobud şəkildə pozaraq gömrük nəzarəti zonasından kənar ərazidən keçməyə cəhd göstərib və bununla da bir müddət piyadaların keçidini təmin etmək mümkün olmayıb.

Gün ərzində dəfələrlə Gürcüstana səyahət edən, ölkə ərazisinə qanunsuz yolla siqaret və uşaq bezləri gətirməklə məşğul olan S.İsmayılova həmin gün də öz ənənəsinə sadiq qalaraq qanunvericiliklə müəyyən edilən miqdardan artıq siqaret və uşaq bezlərini də gömrük sərhədindən keçirməyə çalışıb. Gömrükçülər tərəfindən ona qanunvericiliyin tələbləri dəfələrlə izah edilərək qanuna əməl etməsi tələb olunsa da, S.İsmayılova gömrük əməkdaşlarının qanuni tələblərinə və göstərişlərinə məhəl qoymayıb, xidmətdə olan gömrük əməkdaşını ağır ifadələrlə təhqir edib, ona qarşı fiziki güc tətbiq etmək yolu ilə öz istəyini reallaşdırmağa çalışıb. Buna baxmayaraq gömrük əməkdaşları soyuqqanlılığını itirməyərək vətəndaşı ərazidən uzaqlaşdırıb, qanunvericiliyin tələblərinin yerinə yetirilməsini təmin edib və bu barədə yerli polis orqanlarına da müraciət olunub.

Məlumatda deyilir ki, S.İsmayılova dəfələrlə gömrük-keçid məntəqəsində bu tipli qanunsuzluqlara yol verib və hüquq mühafizə orqanları tərəfindən bir neçə dəfə inzibati qaydada tənbeh olunub.

Gömrük Məcəlləsinin 78-ci maddəsinə uyğun olaraq gömrük orqanlarının vəzifəli şəxsləri gömrük hüquqpozmalarının qarşısını almaq, onları törətmiş şəxsləri tutub saxlamaq, müqaviməti dəf etmək, qanuni sərəncamlara və ya tələblərə tabe olmamaq hallarını aradan qaldırmaq, həmçinin gömrük nəzarəti altında olan binaya, əraziyə daxil olmaqla, mallara və nəqliyyat vasitələrinə yaxın düşməyə mane olmaq, eləcə də həmin vəzifəli şəxsə həvalə edilmiş vəzifələrin yerinə yetirilməsinə mane olan digər hərəkətlərin qarşısını almaq məqsədi ilə bu vəzifələrin yerinə yetirilməsini başqa üsullarla təmin etmək mümkün olmadıqda, fiziki qüvvə tətbiq etmək hüququna malikdirlər.

Eyni zamanda, Gömrük Məcəlləsinin 55.5 maddəsində qeyd olunur ki, gömrük orqanlarının vəzifəli şəxslərinə xidməti vəzifələrini yerinə yetirərkən hədə-qorxu gəlinməsi, onlara müqavimət göstərilməsi, bununla əlaqədar həyatına, sağlamlığına və əmlakına zorakılıq və ya qəsd edilməsi qanunla müəyyən edilmiş qaydada məsuliyyətə səbəb olur.

24saat.org
Loading...

Deputatdan əcayib təklif: Suyun qiyməti qaldırılsın

Sonrakı Yazı »

Fikrət Fərəməzoğluna yeni ittiham – Bu dəfə icra başçısından – Vəkildən açıqlama

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

%d bloqqer bunu bəyənir: