Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Gömrük rəsmisi Əliyevin köməkçisini qərəzdə ittiham etdi

Səfər Mehdiyevdən Natiq Əmirova sərt cavab gəldi

Dövlət Gömrük Komitəsi (DGK) sədrinin birinci müavini Səfər Mehdiyev “APA-Economics”ə geniş müsahibə verib. Səfər Mehdiyev müsahibədə ölkəyə idxal edilən hər 10 məhsuldan yalnız  3-nün qanuni yolla idxal edildiyi, digər 7 məhsulun isə daha aşağı ödəniş müabilində qeyri-rəsmi yolla ölkəyə gətirildiyi barədə iddiaları da cavablandırıb. DGK sədrinin birinci müavini bu barədə deyib: ”Belə fikirlər bəzi ekspertlər tərəfindən mətbuatda mütəmadi olaraq səslənir. Onu da qeyd edək ki, bunu söyləyən ekspertlər beynəlxalq məlumat resurslarına, xüsusən ölkələrarası ticarətin gömrük statistikası göstəricilərinə istinad edirlər.

Bununla bağlı dəfələrlə mətbuatda tərəfimizdən açıqlamalar verilməsinə baxmayaraq, onlar yenə də yanlış mülahizələr əsasında cəmiyyətdə gömrük orqanlarına qarşı qərəzli və neqativ fikirlər formalaşdırırlar. Bir daha bildirərəm ki hər ilin sonunda Azərbaycan Respublikasının xarici ticarət əlaqələrinə dair göstəricilər digər dövlətlərin uyğun göstəriciləri ilə müqayisə olunur və göstəricilər arasında olan fərqlər ciddi araşdırılır. Məsələnin mahiyyətinə varmadan, xarici ticarət göstəricilərinin formalaşdırılmasının mənbələrini, xarici ticarətin gömrük statistikasının metodologiyasını bilmədən malların gömrük rəsmiləşdirilməsinə şübhə ilə yanaşmaq qeyri-peşəkarlıqdır”.

Səfər Mehdiyev bu məsələdə ekspertləri ittiham edir. Onları qeyri-peşəkarlıq və qərəzdə suçlayır. Lakin belə bir iddianı ölkə başçısının köməkçisi Natiq Əmirov da səsləndirib. O, “Finansial Times” qəzetinə müsahibəsində deyib:

Natiq e

“Ən sərt dəyişiklər bu ilin yanvar ayından etibarən gömrük sistemində baş verib. Həmin vaxta qədər biznesmenlərin, maliyyəçilərin və siyasətçilərin bildirdiyinə görə əgər hansısa şirkət ölkəyə 10 ədəd mal gətirmək istəyirdisə onun ancaq 3-ü qanuni əsasda idxal olunurdu, qalan 7-i isə masa altından ödəmələr hesabına qeyri-rəsmi şəkildə ölkəyə daxil edilirdi, nəticədə bazar iqtisadiyyatı üçün böyük boz zonanın yaranmasına kömək edirdi”.

(azadliq.info)

24saat.org
Loading...

Tanınmış blogger Mehman Hüseynov yeni statusu ilə yenə məmurlara meydan oxudu

Sonrakı Yazı »

Bu banklar bayram günlərində də dollar satacaq – SİYAHI

%d bloqqer bunu bəyənir: