Advertisements
24 saat

Gömrük rəisi ekzotik quşlar saxlayır – Biləsuvarda


Biləsuvar Gömrük İdarəsinin rəisi müxtəlif quşlar saxlayır. 24saat.org-un əldə etdiyi məlumata görə, İlqar Abdullayev idarənin həyətində quş damları təşkil edib.

Gömrük rəisinin saxladığı quşlar arasında Hacıqabuldan tutmuş xaricdən gətirdiyi müxtəlif növ quşlara qədər var. Biləsuvar Gömrük İdarəsinin həyətində saxlanan quşlara hər gün nəzarət olunur. İ.Abdullayevin quşbaz olduğu və cürbəcür quşlar gətirdiyi deyilir. Bildirilir ki, hər birinin ayrılıqda baha qiyməti olan quşlar İ.Abdullayevin gömrükdən əldə etdiyi qazancın müqabilində o qədər də böyük məbləğ sayılmır. Gömrüyün həyətini ekzotik quşlarla bəzəyən rəis xüsusi şərait yaradıb. Qeyd edək ki, İ.Abdullayev Sumqayıt Baş Gömrük İdarəsinin rəis müavini olub. O, Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Qoşunlarının komandanı, general-mayor İlham Abdullayevin qardaşıdır.

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: