Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

SON DƏQİQƏ

Gizli Qarabağ görüşü: Sabiq prezident Saakyana nə deyib?

Ermənistanın keçmiş prezidenti Robert Koçaryanın Xankəndində qondarma rejimin “prezidenti” Boko Saakyanla görüşünün təfərrüatları bəlli olub.

Publika.az xəbər verir ki, “Joxovurd” qəzeti Koçaryanın mayın 11-də səfəri zamanı Saakyana “indiki şəraitdə güzəşt qaçılmaz ola bilər” deyə bildirib.

“Koçaryan səfəri zamanı Saakyana ərazilərin boşaldılmasına və status-kvonun dəyişməsinə getməməyi tövsiyə edib”, – deyə qəzet yazır.

Əlavə edir ki, “dördgünlük müharibə”dən sonra Serj Sarkisyan nə qədər inkar etsə də, arxa planda ərazilərin qaytarılması məsələsinin müzakirə edildiyi bəllidir: “Koçaryanın Xankəndinə dedikləri də bunu təsdiqləyir. Görünür, indi Sarkisyan əraziləri qaytarmağa hazırlaşır, Koçaryan da bundan istifadə edərək, Saakyanın komandasını öz ətrafına çəkmək istəyir”.

24saat.org
Loading...

YAP büdəcəyə 720 milyon manat bağışlaya bilər – niyə etmir?

Sonrakı Yazı »

ATƏT PA-nın xüsusi nümayəndəsi Bakıya gələcək

%d bloqqer bunu bəyənir: