Loading...
Loading...

Geyiminə görə müştərisini qovan “Cofeeshop” indi də onun videosunu yaydı – VİDEO

Tanınmış jurnalist Rəhman Hacı ilə “Cofeeshop Company” arasında yaşanan qalmaqal böyüyüb.

AZXEBER.COM-un məlumatına görə, jurnalist bir müddət öncə sosial şəbəkədə bu haqda geniş status yazmışdı və bildirmişdi ki, kofe şəbəkəsində yaşlı müştəriyə hörmətsizlik edilib:

“Bu gün qəlbimi qıran, məni çox narahat edən insidentlə qarşılaşdım. Şəhərə gəzintiyə çıxmışdım. İtimi, york cinsindən olan Pippini gəzdirirdim. Fəvvarələr meydanında dolaşdım, yolda “Coffeeshop Sompany” kafesinə girdim.Düzünü desəm, indiyədək orada olmamışdım, amma fikrimi dəyişmədim. Küçədə oturduq, salat yedik. Bir sözlə, normal.
Elə kafeni tərk etmək istəyirdim ki, oraya yaşlı kişi daxil oldu. Zahiri görünüşünə görə normal, sərxoş olmayan, “bomj”a bənzəməyən insandı. Müştərilərə sataşmırdı, pis qoxumurdu. Varlı olmadığı görünürdü, amma bunun nə önəmi var ki…

Kişi qonşu masanın arxasına oturdu. Zənn edirəm ki, sadəcə, nəfəsini dərmək istəyirdi. Saat 16 radələri idi, hava da çox isti.
Ona kafenin ofisiantlarından biri yaxınlaşdı. Su gətirdi, cibindən bir manat çıxardı. Kişiyə uzadı dedi ki, restoranın rəhbərliyi onun getməsini istəyir. Yəni suyu içə bilər, manatı götürə bilər, amma heç bir halda müştərilərə “həyatdan kam almağa” mane olmamalıdır.
Qoca ona baxdı və dedi ki, sadəcə, dincəlmək istəyir. Axı çox istidir.

Bu kafe və ya restoranda bütün masalardan ən uzağı üçünün arxasında müştərilər olsa da, həmin qocaya kafedə yer yoxdu. Kafe rəhbərliyi qərara gəlmişdi ki, bu qoca onların möhtəşəm masalarının arxasında oturmağa, əllərini o masanın üstünə qoymağa, onların möhtəşəm kofelərini içməyə layiq deyil.

Belə çıxır ki, restoran rəhbərliyinin fikrincə, itim Pippi bu kafedə olmağa layiqdir, amma qoca kişi – yox.
Ofisiantdan soruşuram ki, bu kişi üçün menyudan nəsə sifariş verə bilərəmmi? Ofisiant dedi: “Bağışlayın, məndən asılı deyil. Rəhbərimiz olan qadın dedi ki, o kişi getsin. Mən heç nə edə bilərəm”.

Qoca kişi, təbii ki, getdi. Mübahisə etmədi – düşünürəm ki, nə istəyi, nə heyi vardı – 5 metr addımladı, sonra qonşu blokun pilləkəninə oturdu.
Ona yaxınlaşdım, nə içmək istədiyini soruşdum.
“Coffeeshop Company” rəhbərliyinə görə, özümə görə utandım, çünki yaşlılarımıza layiqli qocalığı təmin edə bilmirik.

Qoca kişi mənə baxdı, gülümsədi və dedi: “Heç nə gərək deyil, oğul, yorulmuuşam. Beş dəqiqə oturub gedəcəyəm”.
Gerçəkdən də, bir qədər oturduu, getdi.

“Coffeeshop Company”yə bir daha ayaq basmaram. İnsanların “birinci” və “ikinci” dərəcəli sayıldığı yerdə işim yoxdur.
Sizə də ora getməyi məsləhət bilmirəm”.

AZXEBER.COM-un məlumatına görə, “”Coffeeshop Company” bu gün səhər saatlarında yeni video yayıb, videoda bütün bu hadisələrin görüntüləri öz əksini tapıb.

Belə ki, yaşlı kişinin başqa mağazalara girib, oradan pul aldığı da görünür, daha sonra isə “cofeeshop”a gələn həmin vətəndaş burada ofisiantın təkidən sonra uzaqlaşır, həmçinin pul da aldığı görünür. Daha sonra həmin kişiyə yaxınlaşan Rəhman Hacı ondan vəziyyəti soruşub və kafeyə etiraz əlaməti olaraq həmin yeri tərk edib.

Bu görüntülərin yayımlanmasına jurnalistin reaksiyası gecikməyib, o yenə də dediyi sözlərin üstündə durduğunu və yaşlı kişiyə hörmətsizlik edildiyini deyib. Eyni zamanda Rəhman Hacı həmin adamın özündən icazəsi bu görüntülərinin yayımlanmasını insan hüquqlarının pozulması kimi qiymətləndirib və bununla bağlı şirkətin baş ofisinə müraciət edəcəyini bildirib. Eyni zamanda bu şirkətin cinayət olmadığı halda təhlükəsizlik kameralarının görüntülərini haradan əldə etdiyi də sual doğurur.

AZXEBER.COM məsələylə bağlı tanınmış hüquqşünas Vüqar Səfərlinin münasibətini öyrənib. O bildirib ki, bu birbaşa şəxsi həyata müdaxilədir və vətəndaşın öz icazəsi olmadan videosunun yayılması qanun pozuntusudur:

“Coffeshop Company” videoda göstərilən şəxsin, şəxsi toxunulmazlıq hüququnu pozan addım atmışdır. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 3-cü fəslində Əsas insan və vətəndaş hüquq azadlıqları göstərilmişdir. Konstitusiyanın 32-ci maddəsində Şəxsi toxunulmazlıq hüququnun geniş izahı verilmişdir.

Həmin maddənin şərhində qeyd edilir ki,

I. Hər kəsin şəxsi toxunulmazlıq hüququ vardır.
II. Hər kəsin şəxsi və ailə həyatının sirrini saxlamaq hüququ vardır. Qanunla nəzərdə tutulan hallardan başqa şəxsi həyata müdaxilə etmək qadağandır.
III. Öz razılığı olmadan kimsənin şəxsi həyatı haqqında məlumatın toplanılmasına, saxlanılmasına, istifadəsinə və yayılmasına yol verilmir.
IV. Hər kəsin yazışma, telefon danışıqları, poçt, teleqraf və digər rabitə vasitələri ilə ötürülən məlumatın sirrini saxlamaq hüququna dövlət təminat verir. Bu hüquq qanunla nəzərdə tutulmuş qaydada cinayətin qarşısını almaqdan və ya cinayət işinin istintaqı zamanı həqiqəti üzə çıxarmaqdan ötrü məhdudlaşdırıla bilər.

Yuxarıda qeyd olunanlardan göründüyü kimi, Coffeshop Kompanyası müşahidə kamerası vasitəsilı lentı aldığı şəxsin videogörüntülərindən istifadə edə bilməz. Videogörüntüləri icazəsiz olaraq yayılmış şəxsin hüququ yaranır ki, Coffeshop şirkəti tərəfindən pozulmuş şəxsi toxunulmazlıq hüququnun müdafiəsi üçün mülki qaydada məhkəməyə müraciət etsin və ona dəymiş mənəvi zərərin əvəzini də tələb etsin.

24saat.org
Loading...

“Azərbaycan Suriyaya qoşun göndərə bilər”

Sonrakı Yazı »

Sumqayıtda boğulan qız peşəkar üzgüçü imiş – Kompleksdən açıqlama

%d bloqqer bunu bəyənir: