Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...
gom

”Generalın qızı mənə 150 min manat təklif etdi”

DGK generalının evini oğurlamaqda təqsirləndirilənlərin məhkəməsi keçirilir

Bakı Ağır Cinayətlər Məhkəməsindəsində Dövlət Gömrük Komitəsinin generalı Qambay Əliyevin anası Böyükxanım Əkbərovaya məxsus evdən oğurlanan qızıllarla bağlı ittiham olunan Sədaqət Məmmədovanın məhkəməsi davam edib. S. Məmmədova həmin evdə qulluqçu işləyib.

Meydan TV-nin məlumatına görə, hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən iclasda şahid qismində general Q.Əliyevin kürəkəni Ramin Qədirov ifadə verib.

O, ifadəsində “Gilan Holdinq”də çörək zavodunun kommersiya direktoru işlədiyini, oğurluq hadisəsindən həmin evə gələndə xəbər tutduğunu deyib: “Oğlumla gəzintiyə çıxmışdıq. Sonra yoldaşımı götürmək üçün evə gəldik. Onda polisləri gördüm və hadisədən xəbər tutdum”.

Təqsirləndirilən S.Məmmədovanı evdə işləyən qulluqçulardan biri kimi tanıdığını deyən R.Qədimov onunla heç bir əlaqəsinin olmadığını deyib.

Daha sonra iclasda şahid qismində təqsirləndirilən S.Məmmədovanın rəfiqəsi Dostuxanım Yunusova ifadə verib.

O, S. Məmmədovla eyni kənddən olduqlarını deyib:”Bir gün Sədaqət zəng elədi ki, Bakıya gələndə onunla görüşüm. Mən də Bakıya gələndə gedib Sədaqətlə görüşdüm. Mənə 1000 manat verdi. Dedi ki, rayonda olan qardaşının arvadı Gülbənizə verim. Göy paketdə də nəsə vardı. Dedi ki, sənəddir. Saxlayım, gəlib məndən götürəcək. Sonra cibindən iki kağız çıxardı. Deyəsən birində olanı digərinə köçürdü. Verdi və saxlamağımı istədi. Dedi ki, o, deyəndə aparıb özünə verəcəm. Əlavə olaraq mənə 500 manat verdi. Lazım olsa, banka olan borcumu ödəməyimi istədi. Kağıza nə yazdığını soruşdum. Çünki onun yazdığı əlifbanı başa düşmürdüm. Dedi ki, “İvan, Petrov yazmışam. Sənə nə var? Başa düşürsən ki?” Mən də heç nə demədim. Pulu da, sənədi də alıb, getdim rayona”.

D.Yunusova deyib ki, rayona qayıdıb 1000 manatı Sədaqətin qardaşı arvadına verib. Sənədləri isə özündə saxlayıb. Bir neçə gün sonra Sədaqət rayona gələrək sənədləri ondan istəyib: “Sədaqət öz yazdığı kağızı işlədiyi evə aparmağımı istədi. Mən də aparıb qapını döydüm. Evin qapısını elə Sədaqət özü açdı. Verib qayıtdım. Sonradan həmin sənədlərin yandırılmasından xəbər tutdum. Bu hadisədən də bir neçə gün sonra qabyuyan işlədiyim kafeyə polislər gəldi. Mənə dedilər ki, sənədlərin və qızılların yerini de. Mən də dedim ki, heç nədən xəbərim yoxdur. Burda danışdıqlarımı onlara da danışdım”.

Prokuror S.Məmmədovadan rəfiqəsinə verdiyi kağıza nə yazdığını soruşub.

S.Məmmədova həmin məktubu generalın kürəkəni Raminin istəyi ilə yazdığını deyib: “Ramin dedi ki, sənə dəxli yoxdur. Nə deyirəmsə elə. Mənə də bunun üçün 1800 manat pul verdi. Ramin mən işləyən evdə arvadının adına mənzil alınması ilə bağlı sənədlər tapmışdı. Bunu mənə deyəndə bildirdi ki, bu işə görə arvadından və arvadının nənəsi Böyükxanımdan qisas alacaq. Mənə ev sənədlərini saxlamağa verdi. Bir də kağız verdi. Həmin kağıza yazdıqlarını öz xəttimlə köçürüb Böyükxanıma verməyimi istədi. Mənim də pula ehtiyacım var idi. Buna görə də etdim. Amma vallah oğurluqla heç bir əlaqəm yoxdur. Bunların hamısı Raminin qurduğu oyunlardır. Mən 1 il idi ki, generalın evində işləyirdim. Anası Böyükxanım xanıma baxırdım. Yaşlı qadın idi. Gecələr də ona mən baxırdım. Əvvəl generalın idarəsində işləmişəm. Məni etibarlı adam bilib ora gətirdilər. Hadisənin baş verdiyi gün səhər saatlarında generalın qızı Sevinc zəng edib dedi ki, nənəsi ilə özü qalacaq. Buna görə də mənin getməyimi istəmədi. Belə də oldu. Amma axşam saat 11 radələrində zəng edib məni evə çağırdılar. Çatanda bildim ki, oğurluq olub. Polislər də evdə idilər. Mən Raminə dedim ki, bu oğurluğun mənə verdiyin sənədlərə dəxli var? Yanında olan oğlunun canına and içdi ki, yoxdur. Mənə dedi ki, istəyirsənsə, sənədləri at getsin, ya da yandır. Bundan sonra mən o sənədləri yandırmışam”.

Prokuror yazılan məktubun mətnini açıqlamasa da, həmin məktubun təhdid etmək məqsədi ilə yazıldığını bildirib. Məlum olub ki, həmin məktubda generalın qızları şantaj edilib. Generalın kürəkəni isə həmin məktubdan xəbərsiz olduğunu deyib.

Hakim Rahib Salmanov təqsirləndirilən şəxsdən özünün günahsız olmasını necə sübut edə biləcəyini və oğurluq hadisəsində kimi günahkar bildiyini soruşub.

S.Məmmədovanın bu işdə generalın kürəkəni Ramindən və qızından şübhələndiyini deyib:”Bir gün mən getmədim və həmin gün də oğurluq hadisəsi oldu? Axşam Sevinc zəng edib çağırdı. Əvvəl dedilər ki, 300 minlik qızıl oğurlanıb. Sonra 150 min oldu.
Sevinc əvvəlcə deyirdi ki, oğurlanan çamadana sırğasını qoymaq istəyəndə bilib ki, çamadan oğurlanıb. Sonra məhkəmədə dedi ki, başqa bir əşyasını qoymaq istəyib. Mənim yeganə günahım Raminin verdiyi sənədləri götürməyimdir”.
Məhkəmədə şahid qismində S.Məmmədovanın qardaşı arvadı Gülbəniz Məmmədova da ifadə verib. O, ifadəsində Sədaqət Məmmədovanın rayona göndərdiyi sənədləri yandırdığını, lakin içində nə yazıldığını bilmədiyini söyləyib.
“Dostuxanım gətirib 1000 manatı mənə verdi. Sədaqətlə telefonda danışdıq. Mən xəstə qayınanamla rayonda yaşayıram. Sədaqət dedi ki, 100 amantını anası və özüm üçün xərcləyim. Qalan 900 manatı gəlib götürəcək. Sonra Sədaqət mənə sənədlər verdi. Onları yandırmağımı istədi. Mən də nə olduğunu heç soruşmadım. Həyətdə zibilləri yandıranda kağızları da oda atdım. Nə ondan əvvəl, nə də sonra olanlardan xəbərim var. Mənə verilən 900 manatı da Sədaqətə qaytardım”.

Məhkəmə iclasında məlum olub ki, generalın anası Böyükxanım Əhmədova bir neçə ay əvvəl dünyasını dəyişib.

Məhkəmə prosesi noyabrın 10-da davam edəcək.

Hadisə ötən il baş verib. Hadisədən sonra şübhəli şəxs qismində həmin evdə qulluqçu işləyən S.Məmmədova barəsində həbs-qətimkan tədbiri seçilsə də, sonradan o, ev dustaqlığına buraxılıb. Azadlığa buraxılandan sonra açıqlama verən S. Məmmədova deyib ki, generalın adını bu işdə hallandırmamağa çalışırlar. O, oğurlanan qızılların generala məxsus olduğunu iddia edib.

S.Məmmədova generalın qızı tərəfindən rüşvət təklifi aldığını və həmçinin hədələndiyini də bildirib: “Kürdəxanıda saxlanılanda Sevinc gəlib dedi ki, 150 min verəcəm, amma ərimin adını çəkmə. Sonra generalın adamı Rauf Mehiyev mənə işi boynuma almağımı təklif elədi. Həmin müddətdə mən də ailə üzvlərim də hədələndik”.

24saat.org
Loading...

Tanınmış blogger Mehman Hüseynov yeni statusu ilə yenə məmurlara meydan oxudu

Sonrakı Yazı »

“Akula Akif” azadlığa necə çıxıb?

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

%d bloqqer bunu bəyənir: