Now Reading:
General Xaçaturovun Azərbaycan qoşunlarının hərəkətindən xəbəri olubmu
Full Article 1 minutes read

General Xaçaturovun Azərbaycan qoşunlarının hərəkətindən xəbəri olubmu



Ermənistanda yayılan xəbərlərə görə silahlı qüvvələrin Baş qərargah rəisi, general-polkovnik Yuri Xaçaturovun aprelin əvvəllərində Azərbaycan qoşunlarının təmas xəttinə cəmləşdirilməsindən və hücuma hazırlaşmasından xəbəri olub. Ancaq o, bu haqda müvafiq orqanları xəbərdar etməyib.

Jurnalistlər bu xəbərlərə Xaçaturovun özünün münasibətini öyrəniblər. “Bütün bunlar yalandır, belə xəbərləri xüsusi olaraq ortaya atırlar ki, bizim ordumuzu dağıtsınlar”-Baş qərargah rəisi İrəvanda jurnalistlərə bildirib.

Bundan əvvəl belə xəbərlər yayılmışdı ki, apreldə döyüşlər başlayanda Xaçaturov bilyard oynayırmış. Bir neçə gün əvvəl Xaçaturovun qohumu, erməni işğalçı qüvvələrinin Ağdərənin Mataqis kəndində dislokasiya olunmuş polkunun komandiri, polkovnik Arutyun Əmirxanyanın vəzifədən azad edildiyi məlum olub. Bildirilir ki, apreldə döyüşlər başlayanda Əmirxanyan aradan çıxıb və ancaq aprelin 5-də Moskvada Baş qərargah rəisləri arasında hərbi əməliyyatların dayandırılmasına dair əldə edilmiş razılaşmadan sonra ortaya çıxıb. Ermənilərin özləri də etiraf edir ki, həmin döyüşlərdə Mataqis polku ağır itki verib.

Ermənistan mediasında yazılanlara görə general Xaçaturov əmrləri birbaşa Moskvadan alır və onun işdən uzaqlaşdırılması planı var, ancaq Rusiya buna icazə vermir.

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: