Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Gəray Gəraybəyli Tibb Universitetində Əhliman Əmiraslanovun kadrlarını vurmağa başlayıb

Azərbaycan Tibb Universitetinin yeni rektoru Gəray Gəraybəyli bu elm ocağında sabiq rektor, akademik Əhliman Əmiraslanovun kadrlarını təmizləməyə başlayıb. 24saat.org saytına sızdırılan məlumata görə, yeni rektor G. Gəraybəyli Əhliman Əmiraslanovun universitetdə ki, bir nömrəli adamı olan Namiq Qasımovu vəzifəsindən kənarlaşdırılıb. Qeyd edək ki, Nəsimi Qasımov uzun illər Tibb Universitetinin tədris hissə müdiri vəzifəsində çalışıb. Bəzi məlumatlara görə, o, keçmiş rektor Ə. Əmiraslanovun “sağ əli” olub. Bu vəzifədə uzun illər çalışan dosent Nəsimi Qasımovun tutduğu vəzifədən götürülməsi maraqlı məqamlardan xəbər verir. Yeri gəlmişkən qeyd edək ki, Nəsimi Qasımovun həkim olaraq ixtisası onkoloqdur. O, eyni zamanda Tibb Universiteti Onkoloji Tədris korpusunun Onkoloji Klinikasında baş həkim vəzifəsini tutub. İndiyə qədər bu korpusda minlərlə cərrahiyə əməliyyatları həyata keçirilib. Sızan məlumatlara görə, yeni rektor Gəray Gəraybəyli universitetin tədris hissə müdiri vəzifəsinə İkram Rüstəmovu təyin edib. Qeyd edək ki, İkram Rüstəmov universitetin psixiatriya kafedrasında çalışıb.

Görünən budur ki, Gəray Gəraybəyli Əhliman Əmiraslanovun universitetdə kadrlarını təmizləməyə start verib. Müşahidələr deməyə əsas verir ki, yaxın dövrdə Əmiraslanova yaxın olan daha bir neçə şəxs “vurulacaq”.

Onu da, xatırladaq ki, hələ aprelin 25-də məlumat yayılmışdı ki, Gəray Gəraybəyli qısa zamanda Universitetdə kadr islahatları həyata keçirib və bir neçə şəxsi işdən çıxardıb, töhmət verib. Lakin universitetin mətbuat katibi Günel Aslanova modern.az-a bildirmişdi ki, rektor təyinatı hələ qısa müddətdir ki, baş verib. Ona görə də universitetdə aparılacaq islahatlar və dəyişikliklər barədə bir söz deyə bilməz. Xatırladaq ki, Gəray Gəraybəyli  yeni rektor qismində aprelin 11-də Tibb Universitetinə kollektivə təqdim edilib.

Digər məlumata görə, Əhliman Əmiraslanovun əvəzinə yeni rektorun təyinatına görə ən çox sevinən şəxslərdən biri professor Yaqub Məmmədov olub. Milli Məclisin sabiq sədri, Tibb Universitetinin müəllimi olan Yaqub Məmmədov indiyə qədər Əhliman Əmiraslanovdan şikayət etməsə də, onların münasibətlərinin heç də isti olmadığı haqda xəbərdə var.

Sonda onu da qeyd edək ki, Əhliman Əmiraslanov 2015-ci ildə Milli Məclisdə seçkilərdə iştirak edib və deputat seçilib. Bundan sonra rektor vəzifəsindən gedib və hazırda parlamentin Səhiyyə komitəsinin sədridir.

24saat.org

24saat.org
Loading...

Deputatdan əcayib təklif: Suyun qiyməti qaldırılsın

Sonrakı Yazı »

Beynəlxalq Bankda talanan 3 milyardı xalqa ödətdirirlər – 0.15%-lik səxavətin sirri

%d bloqqer bunu bəyənir: