Loading...
Loading...

Gənclər arasında rəsmi işsizlik 9,7 faizdir

Səlim Müslümov: BMT-nin rəyinə görə, Azərbaycan bu seqmentdə məşğulluq üzrə ilk onluqdadır

“Azərbaycanda gənclər arasında işsizlik səviyyəsi 9,7 faizdir”.

Bunu əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov BMT İnkişaf Proqramı rəhbərinin müavini, Avropa və MDB üzrə regional büronun direktoru Cihan Sultanoğlu ilə söhbətində bildirib.

“Turan” yazır ki, nazir “BMT-nin rəyinə görə, Azərbaycan bu seqmentdə məşğulluq üzrə ilk onluqdadır” – deyib. Yeni iş yerləri yaradılanda isə qeyri-neft sektoruna xüsusi diqqət ayrılır:
“Birinci yarımildə 90 min iş yeri açılıb, bunun 78 mini daimidir”.

Ekspertlərin fikrincə, ölkədə işszilik səviyyəsi xüsusən kənd yerlərində yaşayanlar arasında daha yüksəkdir.

24saat.org
Loading...

“Azərbaycan Suriyaya qoşun göndərə bilər”

Sonrakı Yazı »

“O zaman nə Maliyyə Nazirliyi əlavə ehtiyatlar axtaracaq, nə də…”

%d bloqqer bunu bəyənir: