Loading...
Loading...

Gənc fəalın həbs müddəti artırıla bilər

Narkotik maddələrin qanunsuz dövriyyəsində təqsirləndirilən gənc fəal Bayram Məmmədovun məhkəməyəqədər həbs müddətinin artırılması istənilir. Gənc fəalın işini araşdıran müstəntiq və prokuror bununla bağlı Xətai Rayon Məhkəməsinə müraciət edib.

B. Məmmədovun vəkili Elçin Sadıqovun bildirdiyinə görə, həmin müraciətə sentyabrın 6-da Xətai Rayon Məhkəməsində hakim Habil Məmmədovun sədrliyi ilə baxılacaq.

Vəkil həbs müddətinin artırılması üçün əsas olmadığını, bunun əleyhinə gərəkli hüquqi addımların atılacağını deyib.

E. Sadıqov həmçinin, mayın 11-dən bu yana B. Məmmədovla bağlı heç bir istintaq hərəkətinin aparılmadığını əlavə edib.

B. Məmmədov digər gənc fəal Qiyas İbrahimovla birgə mayın 10-da saxlanıb. Mayın 12-də Xətai Rayon Məhkəməsi hər iki gənc haqqında 4 aylıq həbs-qətimkan tədbiri seçib. Gənclər narkotikdə ittiham edilirlər. Ancaq onlar işgəncə altında ifadə verməyə məcbur edildiklərini bildiriblər.

Daxili İşlər Nazirliyi və Ombudsman Aparatı gənclərə işgəncə verilməsini təkzib edib.

Gənclərin keçmiş prezident Heydər Əliyevin abidəsinə şüar yazılmasına görə, həbs edildiyi güman olunur.

Q. İbrahimovun işi isə artıq məhkəməyə göndərilib.

24saat.org

Samir Şərifov: “Qazın qiymətinin qalxmasına Rövnəq Abdullayev aydınlıq gətirsin”

Sonrakı Yazı »

Rövşən Lənkəranskini ən yaxın adamı qətl etdirib — VİDEO

Loading...
%d bloqqer bunu bəyənir: