Loading...
Loading...

Gəncədə sosial yardım almaq zülmü – Şikayət

Ünvanlı sosial yardımın təyin olunması prosedurunun elektron xidmətə keçidi böyük problemlər yaradıb.

Bu barədə 24saat.org-a verilən məlumata görə, Gəncə sakinləri – Çimnaz Abbasova və Əminə Əliyeva çətinliklə üzləşib. Onlar Mərkəzi Poçtda və müvafiq mərkəzlərdə yerləşdirilən sənəd qəbulu məntəqələrindən dəfələrlə lazımi sənədlərini nazirliyə elektron qaydada yollasalar da, hər dəfə əsassız bəhanələrlə müraciətlərə baxılmayıb. Bildirilib ki , hansısa sənədi yenidən yollayın, yaxud başqa bir sənəd də əlavə edin və s. Bu cür bürokratik əngəllər akinləri usandırıb. Hər dəfə təminatı aşağı olan ailə müvafiq sənədləri toplamağa bəlli miqdarda maliyyə vəsaiti sərf edir, nazirliyin cavabı gələndən və yeni sənəd tələb olunandan sonra isə bəzi sənədlərin müddəti bitir. Ailə təmsilçisi yenidən əlavə vəsait tökərək sənədləri toplamağa başlayır. Nəticə isə onu göstərir ki, əvvəlki illərdən fərqli olaraq, indi Gəncədə yaşayan aztəminatlı ailələrin ünvanlı sosial yardım alması mümkünsüz hala gəlib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə edilən müraciətdə xahiş olunur ki, Gəncədəki vəziyyətə nəzər salınsın.

24saat.org

24saat.org

“Azərbaycan Suriyaya qoşun göndərə bilər”

Sonrakı Yazı »

Bakı – Şarm əl-Şeyx – Bakı aviareysləri dayandırıldı

Loading...
%d bloqqer bunu bəyənir: