Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Gəncədə qadın özünü yandırdı

Gəncə şəhər sakini özünü yandırıb.

Hadisə şəhərin Sahil küçəsində qeydə alınıb. Şəhər sakini, 1970-ci il təvəllüdlü Mehriban Alıyevanın üstünə yandırıcı maddə tökərək özünü yandırdığı bildirilir.

Yuxarı ətrafların termiki yanığı xəsarətləri alan qadın Gəncə şəhər Təcili və təxirəsalınmaz tibbi yardım Xəstəxanasına çatdırılıb. Ona orada ilkin yardım göstərilib.

M.Alıyevanın vəziyyəti ağır olduğundan Bakıdakı Respublika Yanıq Mərkəzinə göndərilib.

Hadisənin səbəbi hələlik məlum deyil. (APA)

24saat.org
Loading...

Deputatdan əcayib təklif: Suyun qiyməti qaldırılsın

Sonrakı Yazı »

Akif Çovdarovun daha bir nəhəng obyekti üzə çıxdı

%d bloqqer bunu bəyənir: