Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Gəncədə mütəşəkkil cinayətkar dəstənin üzvləri tutulub

Gəncə şəhər Baş Polis İdarəsi və Kəpəz rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Gəncə şəhərində və ətraf rayonlarda fərdi yaşayış evlərində çoxlu sayda oğurluq hadisəsi törətmiş 6 nəfərdən ibarət mütəşəkkil dəstə müəyyən edilərək zərərsizləşdirilib.

Bunlar Gəncə şəhər sakinləri Şahmar Süleymanov, Xaləddin İsmayılov, Asim Məmmədov, Hünər Rüstəmov, Bəxtiyar Hacızadə və Elvin Abbasovdur.

Onların ətrafında keçirilən əməliyyat tədbirləri zamanı oğurlanmış maddi sübutlar – 5 ədəd iri ölçülü plazma televizor, kombi istilik cihazları və xeyli sayda digər məişət əşyaları götürülüb.

Həmin şəxslərin digər cinayətlərdə iştirakı yoxlanılır.

Faktla bağlı cinayət işi açılıb, istintaq gedir. (APA)

24saat.org
Loading...

Kazinoda 334 min udan azərbaycanlı nazir müavinin oğlu imiş

Sonrakı Yazı »

Qadın Rusiyada işləyən ərinə xəyanət etdi -Azəbaycanda şok olay

%d bloqqer bunu bəyənir: