Loading...
Loading...

Gəncədə “İmamzadə”yə getmək olmur

Yenicə təmirdən çıxan Gəncədəki “İmamzadə ” ziyarətgahına getmək problemə çevrilib. 24saat.org-a şikayət edən sakinlər qeyd edirlər ki, buna səbəb ziyarətgaha getmək üçün ictimai nəqliyyatın olmamasıdır.

 

Ziyarətgah Gəncədən təqribən 4 kilometr aralıda yerləşir. Təmirdən qabaq ziyarətçilər Gəncə – Samux avtobusları ilə “İmamzadə” yə gedirdilər. Son aylar isə Samux avtobuslarında interval dəyişib və bu da adıçəkilən ziyarətgaha getməyi çətinləşdirib. Ziyarətə getmək istəyənlər bildirirlər ki, hökumət milyonlarla vəsait ayıraraq ziyarətgahı təmir etdirib, lakin ora ziyarətə gələcək sakinlərin ora necə gələcəyini fikirləşməyiblər. Dini ziyarətgaha ancaq taksi ilə getməyə məcburdurlar. Bu isə onlara çox baha başa gəlir .

24saat.org

“Azərbaycan Suriyaya qoşun göndərə bilər”

Sonrakı Yazı »

Azərbaycanda 100 uşaq itkin düşüb

Loading...
%d bloqqer bunu bəyənir: