Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Gəncədə 66 yaşlı qadın oğluna görə intihar edib

Bu gün Gəncə şəhəri, Təbriz küçəsi, 235 ünvanda baş vermiş intihar hadisəsinin səbəbi bəlli olub.

Gəncə şəhər Prokurorluğundan verilən məlumata görə, Təbriz küçəsi, 235 ünvanda yaşayan 1950-ci il təvəllüdlü Abdiyeva Melya Sokrat qızı sirkə turşusu içib. Onun evdə olan gəlini tərəfindən ağır vəziyyətdə olduğu aşkarlanan qadın Təcili Tibbi Yardım maşını ilə xəstəxanaya aparılarkən yolda ölüb.

Melya Abdiyevanın yaxınları istintaqa bildiriblər ki, qadının həbsdə olan oğlu üçün intihar etdiyi ehtimal olunur. Belə ki, Cinayət Məcəlləsinin 178.2 (Xeyli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsi ilə 1 ildən çoxdur həbsdə olan oğlu, 1971-ci il təvəllüdlü Abdiyev Rövşən Suliddin oğlunun dünən Gəncə şəhər Nizami rayon Məhkəməsində işinə baxılıb. Məhkəməyə gəlməsi gözlənilən şahidin Rusiyada olması səbəbindən məhkəmə təxirə salınıb. Bu qərardan sonra qadın məhkəmnin uzadılmasına səbəb oğluna azadlıq verilməyəcəyini və daha çox iş kəsiləcəyini düşünərək böyük stress keçirib. Oğlunun daha çox cəza almasından qorxan ana canına qəst edib.

Xatırladaq ki, M.Abdiyeva həbsdə olan oğlunun həyat yoldaşı ilə birgə yaşayırdı.

Faktla bağlı Gəncə şəhər Prokurorluğunda istintaq davam etdirilir. (“Report”)

24saat.org
Loading...

Deputatdan əcayib təklif: Suyun qiyməti qaldırılsın

Sonrakı Yazı »

Akif Çovdarova yeni ittiham – DÖVLƏT BÜDCƏSİNİ MƏNİMSƏMƏ

%d bloqqer bunu bəyənir: