Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Gəncə: rəis insulin “bazarı” açıb

Gəncə şəhər Səhiyyə İdarəsinin yarıtmaz fəaliyyəti şəkərli diabetləri çətin durumla üzləşdirib. 24saat.org-a daxil olan xəbərdə qeyd olunur ki, səhiyyə idarəsinin biznes maraqları nəticəsində bu sahədə bazar açılıb.

Şəkər xəstələrinə verilməli olan spesifik dərman və insulin iynələri bürokratik əngəllər ucbatından ya gec verilir, yaxud da heç verilmir. İdarə rəhbərliyi tərəfindən satışa çıxarılan bu tibb məmulatları olduqca bahadır və şəkər xəstələrinin müntəzəm olaraq bu dərmanları almağa maddi imkanı yoxdur.
Ümumdünya Səhiyyə Təşkilatının layihəsi çərçivəsində bütün dünyada olduğu kimi Azərbaycanda da şəkərli diabet xəstəliyindən əziyyət çəkənlərə birdəfəlik pulsuz insulin şpristləri və dərman pereparatları verilir.
Amma Gəncədə həkimlərin nəzarəti və qeydiyyatı əsasında həyata keçirilən bu aksiya zaman-zaman problemlərlə müşahidə olunub və bu hal hazırda davam edir. Ümumiyyətlə, Gəncə səhiyyəsində bir rəzalət yaşanmaqdadır. Zaman-zaman mətbuatda bu bölgənin səhiyyəsi barədə müxtəlif xəbərlər yayılıb.
Rəis Əlikram Məmmədov saxta sənəd satmaqdan tutmuş, xəstələrin cibinə girməyə qədər hər işlə məşğul olur. Gəncə Şəhər Səhiyyə İdarəsinin rəisi Əlikram Məmmədov açdığı bazarın bəhrələrini görür. Belə ki, şəhərdə fəaliyyət göstərən xəstəxanalar və poliklinikalar əsl rüşvət yuvasına çevrilib. Xəstələrə müxtəlif məqsədlər üçün lazım olan sənədlər ya satılır, ya da saxtalaşdırılaraq daha böyük pullar alınır.

Mənbələr bildirir ki, Gəncə Səhiyyə İdarəsinin rəisinin təkcə bu sahədən əldə etdiyi aylıq gəlir 35-40 min manatdan çoxdur. Eyni zamanda, bu sənədlərdən fərqli olaraq, dərman biznesində, tikinti məsələlərində də idarə rəisinin əli gətirir. Belə ki, o, dövlət büdcəsindən təmir işlərinə ayrılmış pulların bir qismini özünə götürür.

24saat.org

24saat.org
Loading...

Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin tədbirində Azərbaycana qarşı hörmətsizlik – VİDEO

Sonrakı Yazı »

Samir Şərifovun adamı məcburi köçkünü hədələyir

%d bloqqer bunu bəyənir: